İran və Qərb arasındakı nüvə müzakirələrində Tehranın nüvə proqramını 10 illiyinə donduracaq razılaşma ilə bağlı sona mərhələyə gəlindi. Hazırda Tehranın nüvə proqramını 10 il donduracaq müqavilənin texniki detalları müzakirə olunur.
Baki-xeber.com "Al Jazeera”yə istinadən xəbər verir ki, Lozzandakı müzakirələrdə tərəflər əsas məsələlərdə razlığa gəlib və texniki detallarda razılaşmanın əldə edilməsinə çalışılır.
Bir ildən sonra atom bombası əldə etməyə yaxın olan İranın nüvə proqramının mövcud vəziyyətilə 10 illiyinə dondurulması nəzərdə tutulur. Ardından razılaşmanın 5 il uzadılması ilə əlaqədar müzakirələr davam edir.
Detalları müzakirə edilən ikinci bir məsələ isə İrana tətbiq olunan sanksiyaların necə və hansı tarixdə qaldırılacağıdır. Bu məsələdə də ortaq mövqeyə gəlinəcəyi halda son razılaşmanın imzalanması gözlənilir.
Bununla belə müzakirələrdə anlaşılmazlıqlar da var. Bunlardan biri razılaşmanın müddəti əlaqədardır. Qərb ölkələri İranla əldə ediləcək son razılaşmanın ölkənin nüvə proqramını ən azı 10 il nəzarət altında saxlamasını istəyir. İran isə 8 ildə israr edir.
İran həmçinin, ABŞ, AB və BMT-nin tətbiq etdiyi sanksiyaların tamamilə qaldırılmasını istəyir. Tehranın əsas tələbi enerji və maliyyə sahəsindəki sanksiyaların dayandırılmasıdır. Qərb ölkələri isə sanksiyaların tədricən qaldırılmasını, daha sonra tamamilə ləğv edilməsini istəyir. İlk etapda ləğv edilməsi gözlənilən BMT sanksiyalarıdır.