Tehran və dünyanın altı dövlətinin mart ayının sonunadək danışıqlarda yekun siyasi bəyannamə qəbul etmələri "90 faiz mümkündür”. Belə bir açıqlamanı martın 29-da İranın xarici işlər nazirinin müavini Abbas Araqçı verib.
Araqçı qeyd edib ki, prinsipial razılığın martın 29-da əldə olunması ehtimalı "50 faizdən çoxdur”.
Birləşmiş Ştatlar və İran diplomatlarının nüvə danışıqları martın 28-də İsveçrədə başlayıb. Danışıqlara Fransa və Almaniya xarici işlər nazirləri də qoşulub.
Məqsəd İranın nüvə proqramını məhdudlaşdıracağı halda ona iqtisadi sanksiyaların qaldırılmasıdır. Çərçivə sazişi də iyunda əldə olunmalı son razılaşmaya əsas hazırlamalıdır.