Müsavat Partiyası Qadınlar Birliyinin sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədlinin deputatlığa namizədliyi irəli sürülüb.
E. Məmmədli APA-ya açıqlamasında bildirib ki, Qadınlar Birliyinin Şura iclasında 35 saylı Xətai Seçki Dairəsindən onun namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilib. Namizədliyin təsdiqlənməsi üçün partiya rəhbərliyinə müraciət olunub.