Ukraynanın ən zəngin oliqarxlarından olan Petro Poroşenkonun sərvəti prezident kreslosuna oturduqdan sonra ciddi şəkildə azalıb.
Baki-xeber.com xəbər verir ki, "Forbes” jurnalının məlumatına görə, vətəndaş müharibəsi və dərin iqtisadi böhranla üzləşən Ukraynada ən zəngin doqquz oliqarxın ümumi sərvəti son bir ildə 9 milyard dollar azalıb.
Petro Poroşenkonun da prezident kreslosuna yiyələnmədən əvvəl 1,3 milyard dollarlıq sərvəti 750 milyon dollara qədər geriləyib. Krımın Rusiya Federasiyasına birləşdirilməsi иля Poroşenkonun sahibi olduğu Sevastopol limanını itirməsinin onun sərvətinin azalmasında əsas rol oynadığı bildirilir.
Jurnala görə, Ukraynanın ən zəngini iş adamı Rinat Əhmədovun sərvəti isə 11,2 milyard dollardan 6,9 milyard dollara düşüb.