"Ermənistanla münasibətlərimizin normallaşması üçün ermənilər Azərbaycan torpaqlarından geri çəkilməlidir”. APA-nın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV kanalına müsahibəsində deyib.
Ermənistanın işğal siyasətini davam etdirdiyini deyən M. Çavuşoğlu qeyd edib ki, İrəvan qonşu ölkələrlə münasibətləri barədə düşünməlidir: "Ermənistanın İranla enişli-yoxuşlu əlaqələri var. Bizimlə münasibətləri də göz qabağındadır. Ermənistan həmişə hadisələrə bir tərəfli baxır”.