Bazar günü günü, 29 noyabr 2026
     

“Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqla, bölgədə sülhün bərqərar olmasını əngəlləyir”

Image


Türkiyə Böyük Millət Məclisi (TBMM) xarici işlər komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Əhməd Berat Çonkarın APA-ya müsahibəsi

- ABŞ Konqresinin 44 üzvü "erməni soyqırımı” ilə bağlı qanun layihəsini yenidən gündəmə gətirib. Ənənəvi 24 aprel mesajında prezident Barak Obamanın "soyqırım” deməsi üçün erməni lobbisi bu il daha çox çalışır. Komissiyanız bu məsələ ilə bağlı hansı işlər görür?

- Biz bu işlərlə sadəcə 24 aprel yaxınlaşdığına görə deyil, illərdən bəri sistemli və ardıcıl şəkildə məşğul oluruq. Hal-hazırda TBMM sədri ABŞ-da səfərdədir və keçirdiyi yüksək səviyyəli görüşlərdə məsələni obyektiv şəkildə izah edir. Məclis sədrimizin bu işdə marağı olan başqa ölkələrə səfərləri zamanı da məsələ bütün gerçəkliyi ilə həmin ölkələrin liderlərinə çatdırılacaq. Mən və komissiyamızın üzvləri xarici ölkələrə səfərlərimizdə, habelə xarici ölkələrdən qonaqlar gələndə, bu məsələni tarixi həqiqətlər prizmasından onlara başa salırıq. İkitərəfli münasibətlər çərçivəsində fəaliyyətimizdən başqa üzv olduğumuz beynəlxalq təşkilatlarda da bu məsələ ətrafındakı həqiqətlərin çatdırılması sistemli şəkildə çalışırıq.

- Yəqin ki, bu məsələni gündəmdə saxlamağa çalışanların indiyədək istədikləri kimi hay-küy qopara bilməmələrinin əsas səbəblərindən biri sizin sistemli və ardıcıl çalışmalarınız olub...

- Biz bu işləri Türkiyə Xarici İşlər Nazirliyi ilə birlikdə həyata keçiririk. Bu işdən Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyi düşünənlər Türkiyənin heç bir reaksiya göstərə bilməyəcəyinə inanaraq çox yanılıblar. Türkiyə bu məsələdə öz haqlı mövqeyini soyuqqanlı şəkildə dünyaya çatdırır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Biz özümüzə son dərəcə güvənirik. Yadınızdadırsa, hələ 2005-ci ildə o vaxtkı baş nazirimiz Rəcəp Tayyib Ərdoğan Ermənistan prezidentinə məktub yazaraq bu işin obyektiv şəkildə araşdırılmasını tarixçilərdən ibarət komissiyanın öhdəsinə buraxmağı təklif edib və komissiyanın hazırlayacağı hesabatın Türkiyə tərəfindən qeyd-şərtsiz qəbul ediləcəyini vurğulayıb. Təəssüf ki, o gündən bəri Ermənistan bu təklifə cavab verməyərək, Türkiyəyə qarşı subyektiv mövqeyindən əl çəkməyib. Bölgədə sülh və əmin- amanlıq olmasını istəyən Türkiyə başqa məsələlərdə olduğu kimi, bu məsələdə də özünə güvənir. Biz ölkələrin siyasi qurumlarının tarixi məsələlərlə bağlı qərar qəbul etməsinin əleyhinəyik. Biz Osmanlı imperiyasının varisi olan ölkəyik, Osmanlı imperiyasının ən çox önəm verdiyi arxiv işi olub. Arxivlərimizin hamısı açıqdır, hər kəs gəlib bu sahədə istədiyi materialla tanış ola bilər. Biz qonşularımızla sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Bunun yolu əsli-astarı olmayan tarixi iddialarla Türkiyəyə qarşı təzyiq göstərməkdən yox, tarixi hadisələrin araşdırlmasını elm adamlarının öhdəsinə buraxaraq, daha pozitiv düşüncələr təməlində gələcək inşa etməkdən keçir. Bu məsələdən Türkiyəyə qarşı istifadə etməyə çalışan ölkələrə daim xəbərdarlıq edib deyirik ki, haqsız və subyektiv mövqeyiniz ikitərəfli münasibətlərin zədələnməsinə yol açacaq. Bu yaxınlarda ABŞ Senatının Xarici işlər komitəsinin sədri Robert Corkeri qəbul edərkən bu məsələni də gündəmə gətirdim. Cənab Corker dedi ki, mən də bu məsələnin tarixçilər tərəfindən araşdırılmasının tərəfdarıyam, siyasi qurumlar bu məsələ barədə qərar qəbul etməməlidir. Komitə sədri "soyqırım” məsələsi ilə bağlı qanun layihəsinin senatın gündəliyinə salınmasına mane olacağını da deyib. Biz bu məsələdə səmimiyyətin, obyektivliyin və ədalətin hakim olmasını istəyirik və nəticədə mövqeyimizin qalib gələcəyinə əminik. Bölgə ölkələri arasında bunu anlamağa ən çox Ermənistanın ehtiyacı var. Çünki xeyli müddətdir Azərbaycan torpaqlarını işğal altında saxlamaqla, Ermənistan bölgədə sülh, rifah və əmin-amanlığın bərqərar olmasını əngəlləyir. Əgər bölgə ölkələri olaraq gələcəyə pozitiv duyğularla baxırıqsa, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə həll edilməlidir.

- Yanvarın 15-də Ankarada Türkiyə və Azərbaycan prezidentləri türklərin Çanaqqalada imperialistlərə və işğalçılara qarşı tarixi qələbəsinin birlikdə qeyd ediləcəyini açıqladılar. Türkiyə bir çox dünya liderini 24 aprel mərasiminə dəvət edib. TBMM-in Xarici işlər komissiyası 24 aprel Çanaqqala mərasiminə necə hazırlaşır?

- İki qardaş ölkənin prezidentlərinin Ankarada açıqladıqları bu qərar son dərəcə yerinə düşdü. Birinci dünya müharibəsində Osmanlı imperiyası bir neçə cəbhədə vuruşarkən imperialistlərin təhrik ilə bölücülük fəaliyyətinə cəhd edib ölkəmizi parçalamağa çalışanlara Çanaqqala zəfərimiz ən yaxşı dərsdir. Əlbəttə ki, mərasimin Çanaqqala zəfərinin ruhuna yaraşan şəkildə keçməsi üçün biz də əlimizdən gələn hər şeyi edəcəyik. Osmanlı imperiyasının son dönəmlərində ölkəmizin müxtəlif bölgələrində çox acı hadisələr yaşanıb. İmperialistlərin təhriki ilə cərəyan etmiş proseslərdə ermənilər kimi türklər də çox acı çəkib. Çanaqqala zəfərimizin 100 illiyinin birgə qeyd edilməsi ermənilər qədər türklərin də çəkdiyi acıları birlikdə yaşamağın və acıları geridə qoyaraq, pozitiv duyğu və düşüncələrlə gələcəyə irəliləməyin ən doğru ünvanı olacaq. İmperialistlərin təhriki ilə daşnak terrorçuları tərəfindən qətlə yetirilmiş 100 minlərlə türkü necə unutmaq olar? 100 il əvvəl yaşanmış acı hadisələr hamımıza aiddir, ancaq erməni diasporu kimi biz də hər şeyi 100 il əvvəl yaşanmış ağrı-acılara indeksləşdirsək, pozitiv duyğu və düşüncələr təməlində gələcəyi necə inşa edə bilərik? 24 apreldə Çanaqqala zəfərimizin 100-cü ilini birlikdə keçirməyimiz bölgədə və dünyada sülhün bərqərar olmasına xidmət edəcəkdir.

- Türkiyənin dəfələrlə xoş niyyətli addımlar atmasına və pozitiv təşəbbüslər göstərməsinə baxmayaraq, erməni diasporu və Ermənistan rəhbərliyi öz neqativ düşüncələrindən əl çəkməyib. Çanaqqaladan veriləcək sülhsevər mesajları Ermənistan rəhbərliyinin qəbul edəcəyinə inanmaq olarmı?

- Çanaqqalada savaşan tərəflər sonra dost oldular. Bunu 18 martda orada keçirilmiş mərasimlərə xaricdən gələn qonaqların siyahısına baxan hər kəs görə bilər. Bu gün bölgədəki vəziyyəti təhlil edərkən görürük ki, sülhsevər mesajları qəbul etmək Ermənistanın da faydasına olacaq. Türkiyə Cümhuriyyəti Osmanlı imperiyasının varisidir və 100 il əvvəl yaşanmış ağrı-acılar təkcə ermənilərə yox, eyni dərəcədə biz türklərə aiddir. Biz bunu müştərək ağrı-acımız hesab edirik. Ancaq Ermənistan Türkiyəyə qarşı neqativ düşüncələrindən əl çəkməsə, işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxıb bölgədə sülh, əmin-amanlıq və rifah yaradılmasına xidmət etməsə, tarix bunun da qiymətini obyektiv şəkildə verəcək. Bir daha təkrar edirəm ki, erməni diasporunun və Ermənistanın ittihamlarına qarşı Türkiyənin sağlam, obyektiv və güclü mövqeyi mövqe dəyişməyəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ