Bazar günü günü, 29 noyabr 2026
     

Yəməndə İran-Səudiyyə müharibəsi…

Image


Ərəb Yarımadası qarışdı. Bu gecə 10 ölkə birdən Yəməni bombaladı. Belə ki, Səudiyyə Ərəbistanı və onun Fars körfəzi ölkələri arasında müttəfiqləri şiə üsyançı husilərin hücumu davam edən Yəməndə hərbi əməliyyata başlayıblar. Koalisiya ölkələri bəyan edir ki, prezident Hadinin Yəməni və onun xalqını husi yaraqlılarının təcavüzündən müdafiə etmək çağırışına cavab vermək qərarına gəlib.

Baki-xeber.com xəbər verir ki, koalisiya qüvvələri Yəmən hava məkanını uçuşlar üçün yasaq bölgə elan ediblər. Indiyə qədər 25 nəfərin öldüyü hava hücumlarının ardından quru əməliyyatının başlaya biləcəyi barədə də xəbərlər yayılıb.

Husi nümayəndələri bəyan ediblər ki, koalisiyanın Yəmən ərazisinə hava zərbələri endirilməsi bölgədə irimiqyaslı müharibəyə gətirə bilər.

Əməliyyata dəstək verən ölkələr

Səudiyyə Ərəbistanı liderliyindəki hava əməliyyatına, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Bəhreyn, İordaniya, Sudan, Küveyt, Misir və Mərakeş hava qüvvələrinin dəstək verdiyi bildirilir. Əməliyyatın 100 döyüş təyyarəsi ilə reallaşdığı da gələn məlumatlar arasındadır. Körfəz ölkələrindən yalnız Oman əməliyyatda iştirak etmir.

Misir döyüş gəmiləri göndərdi

Səudiyyə Ərəbistanının dəstəklədiyi Misirdəki Sisi rəhbərliyi Yəmən əməliyyatına dəstək vermək məqsədilə dörd döyüş gəmisini Ədən Körfəzinə göndərir. "Reuters”ə danışan Süveyş Kanalından səlahiyyətlilər döyüş gəmilərinin kanaldan keçərək Ədən Körfəzinə doğru yola çıxdığını bildirib. Misir Yəmən əməliyyatına dəstək verən 10 ölkədən biridir.

ABŞ-ın Yəmən əməliyyatında rolu

Ağ Ev bəyan edib ki, ABŞ Səudiyyə Ərəbistanı və onun ərəb müttəfiqlərinin Yəməndə husi üsyançılara qarşı hərbi əməliyyatını dəstəkləyir. Qeyd edilir ki, ABŞ silahlı qüvvələri Yəməndə hərbi əməliyyatlarda bilavasitə iştirak etmir, lakin Səudiyyə Ərəbistanla birlikdə Amerika dəstəyinin planlaşdırılması üzrə qrup yaradıblar,

Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Bernadett Mihan deyib ki, prezident Obama Fars körfəzi Əməkdaşlıq Şurasının rəhbərliyi altında hərbi əməliyyata logistik və kəşfiyyat yardımı göstərməyi həvalə edib.

Vaşinqtonun ən böyük qayğısı isə ölkədə güclü dəstəyi olan Ərəb Yarımadası Əl Qaidəsinin (AQAP) təsirini daha da artırmasıdır.

Rusiya qarşı çıxdı, Türkiyə dəstəklədi

Rusiya Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının liderliyində Yəmənə qarşı hərbi əməliyyatlardan narahat olduqlarını bildirib. Nazirliyin açıqlamasında bildirilir ki, hərbi əməliyyat dərhal dayandırılmalı və tərəflər dialoqa başlamalıdır.

Türkiyə Xarici İşlər Nazirliyi isə seçki ilə hakimiyyətə gəlmiş prezident Hadinin tələbilə Körfəz ölkələrinin əməliyyatın başladığını bildirir. Hərbi əməliyyatı dəstəkləyən Ankaraya görə, husilərə qarşı həyata keçirilən hərbi əməliyyat ölkədə xaos və vətəndaş müharibəsini önləyəcək.

İrandan təhdid kimi açıqlama

İran isə əməliyyatlara sərt reaksiya verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm Yəməndə başladılan hərbi əməliyyatı "təhlükəli bir addım" kimi qiymətləndirərək, hücumu qınadıqlarını bildirib: "Vətəndaş müharibəsi və terrorizmlə mübarizə aparan Yəmənə qarşı hərbi əməliyyat, vəziyyətin daha da kompleks hala gəlməsinə və böhranın miqyasının daha da genişlənməsinə səbəb olacaq".

Hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən İran rəsmisi qeyd edib ki, bu hücum terrorizm və radikalizmin yayılmasından başqa bir nəticə verməyəcək, bölgədə sabitliyin pozulmasına səbəb olacaq.

Döyüşün dumanı Səudiyyə Ərəbistanının gözünə girəcək

İran parlamentinin Xarici Siyasət Komissiyasının sədri Alaaddin Burucerdi də əməliyyata sərt reaksiya verib. Burucerdi qeyd edib ki, bunun təhlükəli nəticələri olacaq, İslam dünyası genişmiqyaslı böhrana məruz qalacaq.

Hərbi əməliyyatların başlanmasına görə, ABŞ-ı günahlandıran Burucerdi daha sonra bildirib: "Şübhəsiz ki, Səudiyyə Ərəbistanı və Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurasının ölkələri ABŞ-ın icazəsi olmadan bunu edə bilməzdi. Bu döyüşün dumanı Səudiyyə Ərəbistanının gözünə girəcək. Çünki döyüş hər zaman tək bir bölgə ilə məhdud qalmaz. Hərbi əməliyyat dayandırılmalıdır".

Mövcud vəziyyəti dəyərləndirən ekspertlər bölgədəki son vəziyyəti İran-Səudiyyə müharibəsinə çevrilmə ehtimalı üzərində dayanır.

Yəməndə İran-Səudiyyə müharibəsi

Müşahidəçilərin fikrincə, bölgənin iki ölkəsi Səudiyyə Ərəbistanı və İran bu dəfə Yəməndə qarşı-qarşıya gəldi. Səudiyyə Ərəbistanının liderliyindəki 10 ölkənin Yəməndəki əməliyyatı İran-Səudiyyə müharibəsi kimi dəyərləndirilir.

İran son aylarda paytaxt Sana da daxil olmaqla ölkənin bir çox yerini ələ keçirən şiə husiləri dəstəkləyir. Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri isə husilərin irəliləməsindən sonra cənubdakı Ədən şəhərinə qaçan prezident Abdur Rabbu Mənsur Hadini dəstəkləyir.

İranın Suriya və İraqın ardından Yəməndə də güclənməsinə icazə verməyəcəyini açıqlayan Səudiyyə Ərəbistanı, bölgədəki müttəfiqlərilə Yəməndəki husilərə qarşı hərbi əməliyyat başlatdı.

"Al Jazeera” yazır ki, bu əməliyyat Suriyada Əsədi dəstəkləyən, İraqda da İŞİD-ə qarşı mübarizə aparmaq adı ilə təsirini artıran İrandan narahat olan Riyadın Tehrana qarşı atdığı ən dəqiq addım oldu. Suriya və İraqda İrana qarşı konkret bir addım atmayan Səudiyyə Ərəbistanı, Yəmən əməliyyatı ilə Yaxın Şərqdə İranın güclənməsinə bundan sonra dözməyəcəyi mesajını verir.

Səudiyyə Ərəbistanı və İranın Yəməndəki mövqeyi

İran şiə husilərin ən böyük dəstəkçisidir. Keçmişdə Yəmən hökuməti üsyançılara İran tərəfindən göndərilən silahları ələ keçirdiyini açıqlamışdı. İran rəhbərliyi də Suriya, İraq və Yəməndə özünə yaxın silahlı birliklərin olduğunu inkar etmir. İranın Yəməndəki təsirindən bəhs edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri general Hüseyn Selami Husi Ensarullah hərəkatının İslam İnqilabının təməl prinsiplərilə hərəkət etdiyini bildirib.

Prezident Hadini güclü şəkildə dəstəkləyən səudiyyəlilər isə husilərin təsirinin artmasına qarşıdır. 2009-ci ildə neft zəngini Səudiyyə dövləti Saada vilayətindəki şiə üsyançılara qarşı hava hərəkatı keçirib. Keçən il də husiləri "terror təşkilatı” kimi tanıyıb.

Həddindən artıq dərəcədə varlı və siyasi təsirə malik Səudiyyənin Yəməndəki proseslərin önündə olacağı gözlənilir. Riyad əvvəllər də İrana Yəməndən işğalçıları çəkməklə bağlı xəbərdarlıq etmişdi.

Digər tərəfdən bölgənin güclü sünni dövləti Səudiyyə Ərəbistanı ilə güclü şiə dövləti İran arasında münasibətlərin daha da gərginləşməsi Yəmənin dağıdıcı bir məzhəb qarşıdurmasına sürüklənə biləcəyi təhlükəsini artırır.

Səudiyyə Ərəbistanı Yəməndə itirəcək

Rusiyalı mütəxəssisi Leonid İsayev bildirir ki, Səudiyyə Ərəbistanı Yəmənə qarşı əməliyyatda müvəffəqiyyətli olmayacaq. Onun fikrincə, bu əməliyyat bölgədə genişmiqyaslı bir qarşıdurma təhlükəsi yaradır: "Səudiyyəlilərin Yəməndə nəsə edə biləcəyini düşünmürəm. Səudiyyə ordusu zəifdir. Yəmən ordusu döyüşə daha hazırlıqlı görünür. Səudiyyə ordusu tarixində heç bir ölkə ilə döyüşməyib. Onlar bunu edə bilməzlər...".

Sanada Səudiyyə Ərəbistanının müdaxiləsinə qarşı çıxanların olduğunu deyən rus mütəxəssis bildirir ki, Yəmən bu gün onları hədəf alan ölkələrə qarşı əks-hücum qərarı verərsə buna ölkənin böyük əksəriyyəti dəstək verəcək.

Səudiyyəlilərin tədbirsiz reallaşdırdıqları əməliyyatın xərcinin çox yüksək ola biləcəyini vurğulayan İsayev, "Səudiyyəlilər ağıllarını başına yığmasa bölgədə genişmiqyaslı qarşıdurmaya səbəb ola bilərlər. Yəmənə qarşı başladılan döyüşdə zəfər qazanılacağını düşünmürəm" – deyə bildirib.

Son vəziyyət Yəmən xalqı üçün nə anlama gəlir?

Yəmənin yarısı yoxsulluq həddində yaşayır. Xalq illərlə döyüşlərə və sabitsizliyə qatlaşmaq məcburiyyətində qalıb. İqtisadiyyat zəifləyir və ölkənin gələcəyi qeyri-müəyyənliyini qoruyur. Digər tərəfdən Ərəb Yarımadasında fəaliyyət göstərən Əl-Qaidə yaraqlıları husi əleyhdarlarının artdığı sünni bölgələrində yayılmaq üçün bu vəziyyətdən istifadə edə bilərlər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ