Bazar günü günü, 29 noyabr 2026
     

Özbəkistan prezidentinin qızının adı yeni böyük rüşvət qalmaqalında…

Image


Özünü diplomat, biznes-ledi, moda dizayneri, müğənni, şairə kimi sınaqlardan keçirən Gülnara Kərimova yenidən dünya mediasının diqqətindədir. Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnaranın adı yenidən rüşvət olayında hallanır.

OCCRP-nin (Mütəşəkkil cinayətlərin və korrupsiyanın araşdırılması layihəsi) son araşdırması Gülnara Kərimova ilə bağlı yeni faktlar ortaya qoyub. Araşdırma prezdent qızının 6 şirkətdən 1 milyard dollar rüşvət alması ilə bağlıdır.

"ŞİRKƏTLƏRİ TƏHDİD EDİRDİ?”

Araşdırmanın müəlliflərindən biri Miranda Patrucic Azadlıq Radiosuna deyib ki, əldə etdikləri sənədlər Gülnara Kərimovanın Özbəkistanda fəaliyyət göstərən telefon şirkətlərindən müxtəlif yollarla rüşvət aldığını göstərir: "Gülnara Kərimova Özbəkistandakı 6 rabitə şirkətindən 1 milyard dollar rüşvət alıb. Özbəkistan prezidentinin qızı olan Gülnara həmin şirkətlərinin yerli nümayəndəliyinin açılması müqabilində payçı olmaq istəyib. Sonradan yoxlanış, bu şirkətlərdə cinayət axtarışlarının aparılması təhdidi ilə onlardan rüşvət alıb. Şirkətlərinsə pul verməkdən başqa çarələri qalmayıb”.

Miranda Patrucic deyir ki, Gülnara Kərimovanın bu əməllərindən təkcə həmin şirkətlər yox, ümumilikdə özbək xalqı itirib. Azı rabitə və internet xidmətlərindən istifadə edənlər:

"Özbəkistan rabitə və internet xidmətlərinə görə ən bahalı ölkələrdən biridir. Çünki bu şirkətin payçıları arasında Gülnara Kərimovanın da adı keçir”.

SON BİR İLDƏ GÜLNARA KARİMOVA MEDİADA…

"Gülnara Fransada moda həftəsi keçirdi”, "Gülnara Gerard Depardieu ilə duet oxudu”, "Gülnara şeir yazdı”… 2013-cü ilə qədər Gülnarə Kərimova belə xəbərlərlə gündəmə gəlirdi. Amma son bir ildə bu cür xəbərlər yerini "Gülnarə ev dustağıdır”, "Atası Gülnarəni döydürdü”, "Gülnarənin yaxın adamları həbsə atıldı”, "Gülnarənin bank hesabları donduruldu”… başlıqlı xəbərlərə verdi.

Bütün şirkətləri, media holdinqi əlindən alınan, bank hesablarının dondurulduğu deyilən Gülnara öz tvitter hesabında ona qarşı basqılardan yazırdı. Doğma anası və bacısını, onu atasının gözündən salmaqda ittiham edirdi. Amma sonradan onun tvitter hesabı da bağlandı. Son aylarda ondan heç bir xəbər yoxdur. Belə məlumatlar var ki, Gülnaranın bəzi hərəkətləri atasının səbrini daşırıb. Son damla da Gülnara Kərimova ilə bağlı 2012-ci ildən İsveçrə, İsveç və Fransada başlanmış cinayət təhqiqatında əsas fiqurlardan biri olmasıdır.

DÜNYA GÜLNARA KARİMOVAYA QARŞI…

Fransalı müğənni Lara Fabian Özbəkistandakı konsertini Gülnara Kərimovanın maliyyələşdirəcəyini eşidəndə konsertə gəlməkdən imtina etmişdi. Şagirdlərin pambıq yığımında qul kimi işlədilməsinə görə, 2012-ci ildə Nyu Yorkda onun Moda Həftəsi boykot edilmişdi.

Daha bir olay bir qrup mühacirin Gülnaranin İsveçrədəki evini tutması ilə bağlı idi. Mühacirlər diqqəti bu evdə xərclənən çirkli pullara cəlb etmək üçün evin qarşısına "Bu ev Özbəkistan prezidentinin qızı Gülnara Kərimovanındır” lövhəsini asmışdılar. Media yazır ki, Kərimova bu evi 2009-cu ildə 18 milyon dollara alıbmış.

Bunlar Gülnara Kərimovanın son bir neçə ildə barəsində yazılanların xülasəsidir. Indi Gülnaranın bütün biznesinin əlindən alındığı, özününsə xüsusi təyinatlı polislərin nəzarəti altında evdə dustaq kimi saxlandığı barədə məlumatlar var. Hətta mediaya onun evdən fotoları da sızdırılıb.

Əslində nə baş verdiyi, atasının öz ərköyün qızına niyə bu qədər hirslənməsinin səbəbi bəlli deyil. Bəziləri İslam Kərimovun qızının qeyri-qanuni, özbaşna hərəkətlərindən təngə gəlib və onu cəzalandırdığını düşünür. Bəziləri isə İslam Kərimovun öz qızını qorumaq üçün bu yolu seçdiyi qənaətindədir. Çünki Gülnaranin adı cinayət işlərində hallanır və mülklərinin əlindən alınması, bank hesablarının dondurulmasından başqa həm də Gülnaranin həbs təhlükəsi var. Yeganə çıxış yolu Gülnaranı qurban, represiyaya məruz qalan kimi göstərib, hansısa xarici ölkədən sığınacaq almaqla həbsdən qorumaqdır.

GÜLNARA EV DUSTAĞI OLSA DA…

Hər halda bunlar ehtimallardır. 2015-ci il prezident seçkilərində atasının davamçısı kimi ən çox adı hallanan Gülnara Kərimova ilə nə baş verdiyi məlum deyil.

Miranda Patrucic Gülnara Kərimovanın əvvəlki səlahiyyət və gücünün olmadığı bir vaxtda bu araşdırma nəyisə dəyişəcəkmi sualını belə cavablayır: "Gülnara Kərimova indi ev həbsində ola bilər, onun istifadə etdiyi bəzi proxy-lər həbsdə ola bilər, bank hesablarına həbs qoyula bilər. Amma Gülnara Kərimova hələ də bir çox şirkətlərdə payçıdır, onun bütün dünyada onlarla bank hesabları var və hələ də gəlir götürür. Müxtəlif ölkələrdə mülkləri var, bəzi şirkətləri hələ də fəaliyyətdir. Yəni, onunla bağlı araşdırmalar bitəcək kimi görünmür”.

Gülnara Kərimova ilə bağlı son araşdırmada deyilir ki, rabitə şirkətlərindən rüşvət almaq, hədə yolu ilə vəsait ödəmədən payçı olması aysberqin yalnız görünən tərəfidir. Özbəkistan prezidentinin qızının hava yolları, sement, moda, əczaçılıq və digər sahələrdəki biznesinin arxasında da böyük gizlinlər var.​



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ