ABŞ müdafiə departamenti deyir ki, İslam Dövlətinin (İD) onun 100 hərbi işçisinə qarşı etdiyi onlayn təhdid barədə iddiaları araşdırır. İD-ə əlaqəsi olan saytda adlar və ünvanlar siyahısı ilə yanaşı həmin şəxslərin öldürülməsinə çağırış yayılmışdı.
Qrup deyib ki, məlumatı serverlər və verilənlər bazalarını hak etmək vasitəsilə əldə edib, amma ABŞ rəsmiləri deyiblər ki, məlumatların əksəriyyəti ictimaiyyətə açıq idi.
ABŞ təhlükəsizlik mənbəsi BBC-ə deyib ki, siyahıda adları çəkilən şəxslərlə əlaqə saxlanılır.
Özünü "İslam Dövləti Hak Bölməsi" adlandıran qrup deyib ki, adları çəkilən işçilər ABŞ-ın İD-ə qarşı missiyalarında iştirak edib.
Adının çəkilməməsi şərtilə mediaya danışan ABŞ təhlükəsizlik rəsmisi deyib: "Məlumatın etibarlılığını təsdiqləyə bilmərəm, amma biz məlumatları araşdırırıq".