Gürcüstanın sabiq prezidenti Miхeil Saakaşvili Milli Birlik Hərəkatı tərəfdarlarını qisas və kindən uzaq durmağa çağırıb.
"Qisas almaq və haqq-hesab çürütmək barədə düşünmək belə olmaz. Çünki Gürcüstan eyni səhvi bir də təkrarlaya bilməz. Biz tariximizin bu fəslini artıq qapatmalı və bir daha ona qayıtmamalıyıq. Gürcüstanın köhnə məsələləri saf-çürük etməyə vaxtı yoxdur”. Saakaşvili Tiфlisdə nümayişə toplaşmış tərəfdarlarına Brüsseldən müraciət edərkən belə deyib.
O deyib ki, "tezliklə biz hamımız bir ölkənin övladları olduğumuzu və bir düşmənimizin olduğunu dərk edəcəyik. Bizim keçmişimiz fərqli ola bilər, amma gələcəyimiz eynidir”.
Martın 21-də Gürcüstanda on minlərlə insan hökumət əleyhinə son illərin ən böyük nümayişinə qatılıb. Mitinqçilər iqtisadi çətinliklərə, milli valyutanın 30 faiz ucuzlaşmasına və ölkədə cinayətkarlığın artmasına etiraz ediblər.