"Müsavat Partiyasının nizamnaməsində hərəkata üzv olmaq zidd hesab olunmur. Ancaq Müsavat Partiyasının artıq nizamnaməsini saya salan yoxdur. Orada Arif Hacılının istəyini, arzusunu nəzərə alanlar var”.
Bu sözləri Trend-ə Müsavat başqanlığına keçmiş namizəd, "Azərbaycan Demokratiya və Rifah" (ADR) hərəkatının İdarə heyətinin üzvü Səxavət Əlisoy Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlının müsavatçılara ya ADR-i, ya da Müsavat Partiyasını seçmələri ilə bağlı müraciətinə münasibət bildirərkən deyib.
S.Əlisoy qeyd edib ki, Müsavat Partiyasının nizamnaməsini artıq ölü bir şey hesab etmək olar: "Bu baxımdan həmin müraciətdə heç bir anormallıq görmürəm, çünki Arif Hacılının istəyinə uyğun olaraq partiya bu cür idarə olunmalıdır. Mən bunu normal qiymətləndirirəm. Nəhayət, onlar, deyəsən, bir az şüurla düşünməyə başlayıblar ki, düşmənçilikdən əl çəkib ya Müsavat Partiyasında, ya da ADR hərəkatında olmaq lazımdır”.
Onun sözlərinə görə, üzvlər hər iki təşkilatda olanda Müsavat Partiyası çox görünür: "Arif Hacılıya da 300 nəfərlik bir siyasi qurum lazımdır ki, orada olan bütün dostlarının hərəsinə bir vəzifə versin və asanlıqla idarə etsin”.