Böyük Britaniya Dağlıq Qarabağı dövlət kimi tanımır və müvafiq olaraq qarşıdakı qondarma "seçkilər"in hüquq çərçivələrini qəbul etmir. Bunu Trend-ə Böyük Britaniya Xarici İşlər Nazirliyindən (XİN) Dağlıq Qarabağda bu il mayın 3-nə planlaşdırılan qondarma "parlament seçkiləri"ni şərh edərkən deyiblər.