Bazar günü günü, 29 noyabr 2026
     

TANAP-ın təməlqoyması, Putinin müəmmalı zəngi, "Türk axını"nın sonu...

Image


Azərbaycan qazı Avropaya Rusiya ilə müqayisədə daha tez çatacaq
Məlumat verildiyi kimi, martın 17-də Türkiyənin Qars şəhərində "Transanadolu" boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçirilib. Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP layihəsi çərçivəsində ilk qaz nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır.
Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard, daha sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
Hazırda Qərb ölkələrində TANAP layihəsi xüsusi maraqla izlənir. Eyni zamanda, Qərb TANAP və TAP layihələrini Rusiyanın "Türk axını" kəmərindən daha tez işə salmağı da qarşıya əsas məqsəd kimi qoyublar. Bildirək ki, Rusiyanın "Qazprom" şirkəti Qara dənizin dibindən, hazırda mövcud olan "Mavi axın" kəmərinə paralel "Türk axını" kəmərini Türkiyənin Yunanıstanla sərhədinə qədər çəkməyi planlaşdırır. Kəmərlə nəql olunacaq Rusiya qazı Türkiyənin Avropa ilə sərhədində yaradılacaq qazpaylayıcı məntəqədə avropalı müştərilərə təhvil veriləcək. Oradan alınan qazı öz ərazilərinə qədər hansı yolla nəql etmək isə artıq avropalı müştərilərin işidir. Belə vəziyyət Avropanı qane etmir. Həmçinin, Avropa yenə Rusiya qazından asılı duruma düşmək istəmir.
Belə bir vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 17-də TANAP qaz boru kəmərinin təməlqoyma mərasimindən sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı xüsusi diqqət mərkəzinə gəlib. Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı tərəflər energetika sahəsində birgə layihələr, o cümlədən "Türk axını" qaz kəməri layihəsinə dair müxtəlif aspektləri müzakirə ediblər. Rusiya mətbuatı isə yazır ki, telefon söhbətinin leytmotivini "Qazprom"la Türkiyənin "BOTAŞ" şirkəti arasında Türkiyəyə satılan Rusiya qazının qiymətlərində güzəştə dair gedən danışıqlar təşkil edir.
Türkiyənin "Hürriyet" qəzeti isə qazın qiymətlərində güzəşt məsələsinə görə "Türk axını" kəmərinə dair danışıqların pozulmaq üzrə olduğunu yazıb. "Kommersant"ın Rusiyadakı mənbələri bu məlumatı təsdiqləyib. Bir daha xatırladaq ki, bundan əvvəl Türkiyənin energetika naziri Taner Yıldız bəyan etmişdi ki, "Qazprom" BOTAŞ-a satdığı qazın qiymətini 10,25 faiz aşağı salmağa razılıq verib. Ancaq bu güzəştə dair əlavə razılaşma hələ imzalanmayıb. Şirkətlər güzəştin hansı qiymət komponentinə tətbiq edilməli olduğuna dair razılaşma əldə edə bilmir.
"Qazprom" israr edir ki, müqavilədə əks olunmuş qiymətə güzəşt tətbiq edə bilər. BOTAŞ isə baza qiymətində israr edir. Hazırda qiymətlər arasında fərq cüzi olsa da, neft kotirovkalarının artması nəticəsində fərq böyüyəcək. Öz növbəsində, "Qazprom" hələ də Türkiyə tərəfindən bu ölkənin Qara dənizdəki ərazi sularında "Türk axını" kəmərinin marşrutu üzrə araşdırmalara başlamağa icazə almayıb. Rusiya tərəfinin bu barədə sorğusuna hələ cavab verilməyib. "Qazprom" nəzərdə tuturdu ki, "Türk axını" kəmərini ən geci 2018-ci ildə işə salsın və beləliklə də Azərbaycan qazının Türkiyə üzərindən Avropaya çıxışını qabaqlasın. Başqa sözlə, rəsmilər təsdiq etməsələr də, Azərbaycan qazının nəql marşrutu ilə daha bir qaz kəmərinin çəkilməsinin, özü də bir neçə dəfə artıq gücdə, əlverişsiz vəziyyət yaratdığı ortada idi. Son günlərə qədər belə məlumatlar yayılırdı ki, Türkiyə və Rusiya "Türk axını" layihəsi üzrə işləri sürətlə aparır. Ancaq indi məlum olur ki, Putinin ötən il dekabrın 1-də Ankarada elan etdiyi və regionun enerji xəritəsini tamamilə dəyişən "Türk axını" layihəsi başlamadan iflasa uğraya bilər. Hər halda, Türkiyə və Rusiya arasında ziddiyyət bunu deməyə əsas verir. Bu gedişlə "Türk axını"nın reallaşması sual altına düşür. Rusiyanın Avropa Birliyindəki (rAB) daimi nümayəndəsi Vladimir Çijov isə Avropanın "Türk axını" mövzusunda ikiyə bölündüyünü bildirib. Onun sözlərinə görə, buna baxmayaraq, bütün ölkələr layihələrin müzakirə edilməsinin tərəfdarıdır: "Təbii olaraq "Cənub axını"ndan təbii qaz almaq istəyən ölkələr, xüsusilə Cənubi Avropa ölkələri problemin ən yaxşı şəkildə həll edilməsini gözləyir. Onlar "Türk axını"na daxil olmaları vəziyyətində Yunanıstandan layihənin haradan başlayacağını gözləyir. Bolqarıstan hökuməti hələ qərar verə bilmir. "Cənub axını"nın ləğvinin ardından TANAP üzərindən gələcək Azərbaycan qazı ilə bu boşluğu doldurmaq istəyirlər". Xatırladaq ki, TANAP layihəsi ilə ölkəmiz 2019-cu ildə təbii qazı Avropaya çıxarmaq niyyətindədir. İflasa uğramaqda olan "Türk axını" isə 63 milyard kubmetr tutumla Avropaya qaz nəql etmək iqtidarındadır. 20 milyard dollara başa gələn layihənin 18-19 milyard dolları Qara dənizin altından keçəcək hissəyə sərf olunacaq. Lakin "Türk axını"nın həyata keçməsi artıq ciddi sual altına düşür. Elə TANAP-ın təməlqoyma mərasimində Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şevtsoviç də bildirib ki, "Türk axını" layihəsi yarımçıqdır, tam əsaslandırılmayıb və bu layihəyə dair qərarlar istehlakçılarla, Avropa Komissiyası ilə məsləhətləşmələr aparılmadan verilə bilməz. Bununla "Qazprom"un Türkiyəyə çəkməyə hazırlaşdığı və "Türk axını" adı verilən qaz kəmərinin tikintisini Azərbaycanın "Şahdəniz-II" yatağından hasil olunacaq qazı Avropaya nəql etmək üçün nəzərdə tutulan TANAP və TAP kəmərlərinin tikintisindən daha əvvəl başa çatdırmaq vəzifəsinin həyata keçməsi sual altına düşür.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ