Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Baki-xeber.com xəbər verir ki, t24.com.tr-nin prezident qaynaqlarından əldə etdiyi məlumata görə, Ərdoğan və Putin arasında telefon görüşü təxminən 30 dəqiqə davam edib. Danışıq zamanı Ərdoğan qondarma "erməni soyqırımı” məsələsinə də toxunub.
Prezident Ərdoğan bu mövzuda Türkiyənin tarixə ədalətli yanlaşılmasından yana olduğunu söyləyərək, bununla birlikdə Ermənistanın sülh çağırışlarını əhəmiyyətsiz hesab etdiyini, ortaq tarixi komissiyanın yaradılması təklifinə müsbət yanaşma nümayiş etdirmədiyini qeyd edib.
Ərdoğanın Çanaqqala zəfərinin ildönümünə dəvət etdiyi Putin İrəvanda aprelin 24-də keçiriləcək saxta "soyqırım mərasimi"nə qatılacaq.