Bazar günü günü, 29 noyabr 2026
     

“ATƏT-in Daimi Şurasında Nalbandyanın çıxışı Belarusun Dağlıq Qarabağ tənzimlənməsində rolunu daha aktuallaşdırdı”

Image


"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Daimi Şurasında çıxışı bütövlükdə Azərbaycana həsr olunmuşdu. Elə bil ki, Ermənistanın özünün daxilində bütün demokratik, hüquqi prosedurlar öz qaydasındadır”. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, yaxınlarda BMT insan hüquqlarının pozulmasına görə Ermənistanı kəskin tənqid etmişdi: "Avropa İnsan Hüquqları komissarı Nils Mujinikes Ermənistanı insan hüquqlarının pozulması məsələsinin bütün parametrləri üzrə kəskin tənqid etmişdi. 2008-ci ilin1mart gülləbaranının 8 ili başlayıb, amma hələ bu işin lazımı təhqiqatı başlamayıb. Hər halda sivil və səviyyəli xarici işlər nazirinin borcu idi ki, ilk növbədə öz ölkəsi barədə o cür tənqidlərə reaksiya versin. Hər halda ATƏT-in Daimi Şurasında bu məsələlər səslənsəydi, bu, Ermənistanın özünün faydası idi. Amma E.Nalbandyan birbaşa Azərbaycanın ünvanına kəskin fikirlər səsləndirdi. Guya, Azərbaycanda insan hüquqları, demokratiya pozulur. Guya, Azərbaycan sürətlə silahlanır. Guya, Azərbaycan ATƏT-in irəli sürdüyü təklifləri rədd edir. Guya, Azərbaycanda ermənilərlə münasibətlərin normallaşması istiqamətində çağırış elan edən şəxslər həbs olunur. Əslində, bəllidir ki, Azərbaycanın öz hərbi büdcəsini Prezident İ.Əliyev hakimiyyətəgəldikdən sonra son 10 ildə 30 dəfə artırmasının, E.Nalbandyanın dili ilə desək, 163 milyon dollardan 4 milyard dollara qaldırmasınınsəbəbi Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsidir”.

M.Əhmədoğlu bildirib ki, SSRİ dağılan dövrdə yaranmış reallıqlar Ermənistan və dünya ermənilərinin xeyrinə, Azərbaycanın ziyanına idi: "O zaman ermənilər yaranmış reallığı özlərinin dövlətçiliyinin güclənməsi, qurulması istiqamətində sərf etmədilər. Ermənilər həmin reallığın onlara verdiyi üstünlüyü qonşulara ərazi iddiaları irəli sürməyə, o cümlədən Azərbaycanın torpaqlarını işğal etməyə yönəltdilər. İndi reallıq artıq dəyişib. Artıq Azərbaycan dünyada tanınır, nüfuzu var, güclənir. Ermənistan isə məhz ədalətsiz siyasətinə görə zaman keçdikcə öz dövlətçiliyini itirir. O cümlədən, Qarabağ məsələsinin tənzimlənməmiş qalması Ermənistanı məcbur edir ki, müstəqilliyini alver predmetinə çevirsin”.

Politoloq əlavə edib ki, Ermənilərin indiki Ermənistan və Dağlıq Qarabağ ərazisinə gəlmələri tarixi faktdır. O bildirib ki, Çar Rusiyasının son 200 il ərzindəki arxivlərindəki materiallarla tanış olmaqla bunu görmək mümkündür:

"İranla Çar Rusiyası arasındakı müharibə nəticəsində Azərbaycan xanlıqları olanİrəvan və Qarabağ xanlıqları Çar Rusiyasının tərkibinə keçdi. "Kiçik Rusiya”, "Rusiya Ermənistanı” və s.bu kimi terminlər də həmin o dövrdə yaranmış terminlər idi.İndiEdvard Nalbandyan iddia edir ki, Azərbaycan qədim Ermənistanın paytaxtı olan İrəvanı da özününkü hesab edir. Əlbəttə, bu, E.Nalbandyan üçün təəccüblü bir şey deyil. Çünki səviyyəsini, həyasını, abrını itirmiş adam olaraq o, elə bu cür danışmalıdır və utanmamalıdır. Qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi, atəşkəs rejiminin pozulması barədə də onun dediklərinin demək olar ki hamısı xəbərsizadamlara yönəlmiş fikirlərdir. ATƏT-in Daimi Şurasında ən yaxşı vəziyyət o ola bilərdi ki, E.Nalbandyanın o çıxışından sonra E.Nalbandyana otaq ayırardılar, şərait yaradardılar və Böyük Sülh Müqaviləsinin hazırlanması prosesini başlayardı. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmin o tədbirə çatanadək Azərbaycan Xarici İşlər Nazirinin ATƏT-də olan əməkdaşlarından biri E.Nalbandyanın tərəfdaşı kimi Böyük Sülh Sazişinin hazırlanması prosesinin başlanğıcında iştirak edə bilərdi”.

Politoloqun fikrincə, Böyük Sülh Sazişi E.Nalbandyanın ATƏT-in Daimi Şurasında səsləndirdiyi bütün məsələləri həll edən sənəddir. M.Əhmədoğli bildirib ki, ATƏT-in Daimi Şurası, ATƏT strukturları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə lazımi fikir vermirlər:

"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə demək olar ki məşğul deyil. Artıq E. Nalbandyan ATƏT MQ həmsədrləri adından Azərbaycan haqqında bəyanatlar verir. Beynəlxalq cəmiyyət bu yalanı həqiqət kimi qəbul edir.Çünki ATƏT MQ həmsədrləri E. Nalbandyanın onların adından danışmasına susublar. Bu razılıq susmağıdır. Faktiki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsində ATƏT-in Minsk qrupu ilə Ermənistan demək olar ki, eyni istiqamətdə hərəkət edirlər, bir-birini dəstəkləyirlər, bir-biri ilə müttəfiqdirlər”.

Politoloqun sözlərinə görə, məhz ATƏT-in Minsk qrupu həmsədrlərinin passivliyi ATƏT-in Minsk qrupunun digər üzvlərini aktivləşməyə vadar edir:

"Almaniya təşəbbüs irəli sürdü. Almaniya ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşdə Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi. Sonra Finlandiya aktivləşdi. İndi də Belarusun aktivləşməsi çox yerində olan bir məsələdir. Belarus MDB məkanında ən uğurlu inkişaf dövrü keçən dövlətlərdəndir. Belarusun davamlı, stabil inkişafı Belarusu yeni istiqamətdə özünü göstərməyə şərait yaradır. Belarus hal-hazırda Avropanın təhlükəsizliyində ən ümidverici dövlətə çevrilib. Ukrayna problemi məhz Minskdə həll olundu. Minskdə "Normand dördlüyü”nün görüşünün təşkilində Belarus prezidenti A.Lukaşenkonun müstəsna rolu oldu. Nəticədə Qərb dövlətləri Belarusu yeni sifətdə, yeni simada gördülər və Belarusun potensialı ilə tanış oldular. Nəhayət, Belarusa qarşı özlərinin xoş münasibətini göstərdilər. Avropa İttifaqının Təhlükəsizlik və Xarici Siyasət Məsələləri üzrəali təmsilçisinin müavini O. Şmid Belarusa səfər etdi. ABŞ-da NATO-da, Avropa İttifaqında Belarusla bağlı müsbət fikirlər səsləndi. Dünyada gərginliyin azaldılmasında öz rolu olan Vatikan öz nümayəndəsini Belarusa göndərmək niyyətindədir. Bütün bunlar Belarus Xarici İşlər Nazirliyini ATƏT-in Minsk Qrupu həmsədrlərini görüşə çağırmağa vadar etdi. Belarus Xarici İşlər Naziri V.Makey yekun konfransın keçirilməsi üçün Belarusun paytaxtı Minsk şəhərinin hazır olduğunu bəyan etdi. Eyni zamanda, V.Makey bildirdi ki, hətta Belarus final sazişinin hazırlanmasında da öz yardımını edə bilər. Ən əsas məsələ orasındadır ki, Belarus hal -hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə aktiv məşğuldur. A.Lukaşenko üçün Minsk şəhərinin adının qorunması hər şeydən vacibdir. Dağlıq Qarabağ münaqişəsində məşğul olan qurumun adı Minsk qrupudur. Ona görə də A.Lukaşenkodan aktivlik gözləmək mümkündür., Belarus prezidenti A.Lukaşenkoverdiyi təkliflərdən geri çəkilənprezidentlərdən deyil. Əgər ATƏT müstəvisində də ciddi bir nəticə əldə edə bilməyəcəksə, Avrasiya İqtisadi Birliyi çərçivəsində, MDB məkanındakı və digər qurumlar çərçivəsində də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusunu aktuallaşdıra biləcək. ATƏT-in Minsk qrupu həmsədrləri bu məsələni özləri aktuallaşdırsalar, Belarus prezidenti A.Lukaşenkonun imkanlarından istifadə etsələr, hər halda özləri də udmuş olarlar”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ