Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Bakı, Moskva, Astana və Daşkənd enerji kvarteti yaradıldı...

Image


Bu günlərdə Bakıda keçirilən “Enerji sektorunda rəqəmsallaşma, sənaye təhlükəsizliyi və satınalmalar” konfransı çərçivəsində Rusiya, Azərbaycan, Qazaxıstan və Özbəkistanın neft-qaz şirkətlərinin nümayəndələri rəqəmsal texnologiyalar və sənaye təhlükəsizliyi sahəsində inkişafa yönəlmiş tərəfdaşlıq sazişi imzalayıblar.

Məsələ ilə bağlı Qazaxıstanın “KazMunayQaz” şirkəti bildirib: “Sənədlər rəqəmsal həllərin işlənib hazırlanması və tətbiqi, o cümlədən texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər sahəsində təcrübə mübadiləsini nəzərdə tutur”.

Konfransın mövzusu innovativ texnologiyaların tətbiqi, sənaye təhlükəsizliyi səviyyəsinin artırılması, qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi və neft-qaz sənayesinin davamlı inkişafının təmin edilməsi olub. Ekspertlər SOCAR-ı “Tatneft”, “KazMunaiQaz” və “Özbəkneftqaz”la birləşdirən əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini bildirir. Xüsusən də SOCAR “Tatneft”lə sıx əməkdaşlıq qurub, şirkət rəhbərliyi ötənilki Bakı Enerji Forumunda da iştirak edib. İndi Xəzəryanı ölkələrin neft-qaz sektorunda müştərək işlərin aparılması təşəbbüsü fonunda “Tatneft” Azərbaycanla işbirliyinin genişlənəsinə xüsusi diqqət edir. Məlumdur ki, Rusiya şirkəti SOCAR-a “Tatneft”in texnologiyalarını quruda yerləşən yataqlarda istifadə etməyi təklif edib tezliklə SOCARla bu şirkət arasında kommersiya müqavilələrinin imzalanması gözlənilir. Azərbaycan bir neçə ildir ki, “KazMunayQaz” və “Özbəkneftqaz” ilə də əməkdaşlığı inkişaf etdirir. Xüsusilə, SOCAR Özbəkistandakı “Özbəknefteqaz”a xidmət göstərir. Bununla yanaşı, “SOCAR Trading” Özbəkistanın neft-kimya məhsullarının dünya bazarlarında satışını təmin edir. “KazMunayQaz”la da sıx əlaqələr var. Azərbaycan neft kəmərləri ilə ilk dəfə olaraq “Kaşaqan” neftinin tədarükünə başlanılıb. Planlara əsasən, il ərzində 1,5 milyon ton “Tengiz” neftinə əlavə olaraq “Kaşaqan”dan 0,25 milyon ton neft vurulacaq. Beləliklə, SOCAR ilə Rusiyanın, Qazaxıstanın və Özbəkistanın neft-qaz şirkətləri arasında əməkdaşlığın daim inkişaf etməsi müşahidə edilir. İndi biz bu əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş daha bir sənəd imzalanıb. Xüsusilə, tərəflər birgə satınalmalar həyata keçirəcəklər. Əməkdaşlıq ilk növbədə, maliyyə risklərinin azaldılmasıdır.

Xatırladaq ki, neft-qaz sahəsində əməkdaşlığın yeni dördtərəfli formatı fonunda Azərbaycan prezidenti İlham Əliyev Rusiya, Qazaxıstan və Özbəkistandan olan bu sektorun nümayəndələri ilə görüş keçirib. Bu görüşdə dövlət başçısı qeyd edib ki, uğurlu hazırlıq işlərindən sonra çoxtərəfli əməkdaşlığın yeni mərhələsi başlayıb. Azərbaycan lideri, həmçinin dörd ölkənin neft şirkətlərinin çox sıx sənaye əlaqələrinin qurulmasına nail olduqlarını qeyd edib və səylərin belə birləşdirilməsinin vacibliyini bildirib.

İndi tərəflər yeni formatın fövqəladə halların aradan qaldırılmasında şirkətlər arasında qarşılıqlı əlaqəni və birgə cavab qruplarının formalaşdırılmasını, rəqəmsal texnologiyalar və proqram təminatı sahəsində işin optimallaşdırılmasını, birgə satınalmaların təşkilini və müxtəlif sənaye sahələrinin inkişafını nəzərdə tutduğunu vurğulayaraq, bunun digər xarici şirkətlərin də iştirakına açıq olduğunu bildiriblər. Bunlar o fonda baş verir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə enerji əməkdaşlığını genişləndirir. Mərkəzi Asiya regionu və Azərbaycan enerji resurslarının davamlı tədarükünün təmin edilməsində mühüm həlqə hesab olunurlar. Proseslərin gedişi göstərir ki, Azərbaycan Avropanın “yaşıl enerji” keçidinə əsas töhfə verən ölkələrdən birinə çevrilir. Təbii ki, proses ölkə daxilində də dinamik xarakterə malikdir. Hazırda “yaşıl keçid” kontekstində ölkəmizdə elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı sürətlə artır. “Yaşıl enerji” sferasında daha bir mühüm məsələ Azərbaycanın digər mənbələrdən də bu enerjinin Avroapya nəqlində tranzit ölkə kimi çıxış edəcəyidir. Bununla əlaqədar olaraq, Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması üzrə mühüm işlər görülür. Hazırda Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında “yaşıl enerji” sferasında da əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Azərbaycanla Mərkəzi Asiya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq, həmçinin Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” dəhlizinin yaradılması bütün iştirakçı ölkələrin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri də möhkəmləndirəcək. Eyni zamanda proses Mərkəzi Asiyanın da “yaşıl enerji”yə keçidinə təkan verir və Azərbaycanın da bu prosesdə özünəməxsus rol oynadığı müşahidə olunur. Bütün qeyd edilənlər həm də Azərbaycana uğurlu enerji diplomatiyası həyata keçirməyə imkan verir ki, bu da ölkəmizin dünyada yeri və rolunu daha da gücləndirməyə xidmət edən əsas faktorlardan biri hesab olunur. Enerji resurslarının istehsalı, nəqli artıq ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinə birbaşa təsir edir. Azərbaycan enerji resurslarından iqtisadiyyatının davamlı inkişafı və texnoloji yenilənməsi, əhalinin həyat səviyyəsinin mütəmadi yüksəlməsi üçün uğurla istifadə edib və etməkdədir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ