"Azərbaycan bizim canımızdır, canımız Azərbaycana qurban olsun”. Bu sözləri Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş rəsmi mərasimdə APA-nın Türkiyə müxbirinin "Azərbaycana hansı mesajı vermək istərdiniz?” sualına cavabında baş nazir Əhməd Davudoğlu deyib.
Ə. Davudoğlu əlavə edib ki, belə tədbirlərdə hər iki ölkə hər zaman bir yerdə olmalıdır: "İnşallah, Qarabağ azad ediləndən sonra da bu cür təntənəli mərasim keçirəcəyik”.