Rusiya Dövlət Duması deputatlarının rəsmi səfərləri xaricində Moldovaya girişi qadağan edilir. Baki-xeber.com xəbər verir ki, bu tələblə Moldova prezidenti Nicolay Timofti çıxış edib.
Rusiyanın RİA Novosti xəbər agentliyi Moldova-1 televiziya kanalına istinadən xəbər verir ki, Moldova prezidenti Nicolay Timofti Rusiya millət vəkillərini Qaqauziyadakı seçki kampaniyasına qarışmaqda günahlandırıb: "Yaranmış vəziyyətə dərhal müdaxilə etmək lazımdır. Moldova xarici işlər naziri Natalya Germandan rus millət vəkillərinin rəsmi ziyarət xaricində ölkəyə girişinin qadağan edilməsi ilə bağlı tədbirlər görməsini istədim".