Bazar günü günü, 29 noyabr 2026
     

İsmayıl Alper Coşqun: "Ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkəcəyi inandırıcı deyil"

Image


Ermənilərin 2015-ci ildən sonra 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkəcəyi inandırıcı deyil. Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Trend-ə açıqlamasında bildirib.

O, qeyd edib: "Bu il 1915-ci il hadisələrinin yüzüncü ildönümü olduğu üçün Ermənistan bundan istifadə edərək, özünü məzlum kimi göstərərək dünyada Türkiyəni narahat edəcək siyasi qərarların qəbul edilməsi məqsədilə ciddi cəhdlər göstərəcək. Buna görə də Türkiyə ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarına bu il son qoyacaqlarına inanmır”.

Səfir deyib ki, Azərbaycan torpaqlarının işğal altında qalması Türkiyənin Ermənistanla əlaqədar Azərbaycanla ortaq probleminin olması deməkdir: "Hazırda Azərbaycan-Türkiyə münasibətlərinin beynəlxalq səviyyədə daha aktiv olduğu bir dövrdəyik. Azərbaycan və Türkiyə bir çox beynəlxalq qurumlarda təmsil olunur və bu istiqamətdə aktiv addımlar atıldığının şahidi oluruq. Eyni zamanda, Azərbaycan və Türkiyə diasporları daha aktiv fəaliyyət göstərirlər”.

Diplomat vurğulayıb ki, Azərbaycan və Türkiyə ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarına qarşı birgə fəaliyyət göstərirlər və bu işbirliyi təkcə 2015-ci illə əhatə olunmayıb: "Türk dünyasının ortaq tarixi var və bu tarixə sahib çıxmağa çalışırıq. Ortaq tariximizə sahib çıxmaq üçün hər şeydən əvvəl gənclərimizə, gələcək nəsillərə bu tarixi anlatmaq lazımdır. Digər tərəfdən, ortaq dəyərlərimizi təsbit edərək onları üzə çıxarmaq lazımdır. Biz bunu edərkən qatı milliyyətçilik prinsipindən çıxış etmirik”.

İ.A.Coşqun əlavə edib ki, bütün bunları edərkən Ermənistanın və erməni lobbisinin türk tarixini ləkələmək cəhdlərinə qarşı addımlar atılır: "Təbii ki, bütün bunlar fərqli istiqamətlərdə aparılmalıdır və ən önəmlisi, yaxın tarixdə baş vermiş qanlı hadisələri dünyanın diqqətinə çatdırırıq. Bunlardan ən öndə gələni Xocalı faciəsidir. Həm Türkiyə daxilində, həm də ölkədən kənarda Azərbaycanla bu istiqamətdə işbirliyimiz artır".

Səfir qeyd edib ki, keçən il sabiq baş nazir, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına diqqət yetirmək lazımdır: "Ölkə Prezidentinin keçən il verdiyi açıqlamanın xüsusən də Ermənistan tərəfindən təkrar oxunmasında bir fayda var. Bu açıqlama ilə Türkiyə Ermənistana və ümumilikdə erməni xalqına əl uzadıb. İşğalçılıq siyasəti və düşmənçiliklə normal bir gələcək qurula bilmədiyi üçün müzakirələr apararaq, bir-birimizi dinləyərək anlamağa çalışmağı təklif etdik. Ancaq Ermənistanın verdiyi reaksiya ilə onların birtərəfli iddiaları davam etdirəcəkləri və düşmənçilik prinsipindən çıxış edəcəkləri ortaya çıxdı”.

O, hesab edir ki, Ermənistan xalqının həqiqəti görməsi və hakimiyyətə təzyiq etməsi lazımdır: "Türkiyə olaraq tariximizdən heç bir narahatlığımız yoxdur. Ermənistanın 1915-də yaşanan hadisələrlə bağlı birtərəfli təqdimatını qəbul etmirik. Ermənistanın etmək istədiyi hüquqi, siyasi və tarixi olaraq qəbuledilməzdir. 1915-ci il hadisələrindən sui-istifadə edən Ermənistan bəzi ölkə parlamentlərində bununla bağlı siyasi qərarların qəbul edilməsi ilə Türkiyəni çətin vəziyyətə salmaq niyyətindədir. Bu isə əsla mümkün deyil, çünki bu iddia haqqında elmi, tarixi və hüquqi müstəvidə bir fikir birliyi və ortaq anlayış yoxdur. Soyqırım hadisəsinin olub-olmadığını sübut etmək üçün beynəlxalq məhkəmə qərarı olmalıdır, digər tərəfdən isə BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasına görə soyqırım termini 1948-ci ilə aiddir və ondan əvvəlki tarixi hadisələrə tətbiq oluna bilməz. Bu məsələnin hüquqi tərəfidir”.

Fövqəladə və səlahiyyətli səfir deyib ki, bütün bunlarla yanaşı, siyasi və tarixi baxımdan da "soyqırım” iddiasının Türkiyə əleyhinə istifadə edilməsi mümkün deyil: "Ermənistan birtərəfli iddialar əsasında bəzi parlamentlərdə qəbul edilən əsassız qərarların ciddi şəkildə Türkiyə əleyhinə istifadə olunmasına cəhd edir. Ortaq tariximizə ləkə salmaq cəhdləri əsla qəbuledilməzdir. Digər tərəfdən, Ermənistanın iddiaları tarixi baxımdan da əsassızdır”.

İ.A.Coşqun hesab edir ki, ermənilərin göstərdiyi bir çox mənbələrin doğruluğu da ciddi şübhə altındadır, bir qismi isə tamamən yalan və uydurmadır.

Onun sözlərinə görə, Türkiyənin Ermənistandan istəyi budur ki, əgər əllərində hər hansı bir fakt varsa, ortaya qoysunlar və bu məsələ araşdırılsın. Bununla yanaşı, Türkiyə bir addım daha irəli gedərək bildirir ki, 1915-ci il hadisələri zamanı yaşanan bütün ağrı-acıları anlayır, lakin kiminsə hisslərinin qabardılması mümkün deyil: "Anadolu xalqının o zaman çəkdiyi ağrı-acıları və erməni quldur dəstələrinin vəhşiliklərini unutmağımız mümkün deyil. Əgər Ermənistan bütün bunları müzakirə etməyə, o dövrün ağrı-acılarına anlayış göstərərək ortaq gələcək qurmağa hazırdırsa, Türkiyə də xalqlarımızı yaxınlaşdırmağa hazırdır. Amma bunu etməyə hazır olarkən bir şeyi də yaddan çıxarmırıq - Azərbaycan torpaqlarının işğal altında olması faktını bir kənara ata bilmərik. Xalqlarımızın yaxınlaşması üçün Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmalıdır”.

Diplomat bildirib ki, Ermənistanla imzalanan protokolların hədəfi də məhz bu idi: "Ermənistanın münaqişənin həll edilməsi üçün siyasi iradəsi yoxdur. Eyni zamanda, işğal siyasətindən vaz keçəcəyinə dair hər hansı bir işarə belə yoxdur. Bütün bunlarla yanaşı, ölkənin demoqrafik və iqtisadi vəziyyəti göz qabağındadır. Ermənistan xalqı başını qaldırıb ətrafına baxsa, Azərbaycanın inkişafına, Azərbaycan və Türkiyənin Gürcüstan ilə əməkdaşlığına baxsa, nə üçün bu inkişafdan kənarda qaldığını düşünə bilər”.

Diplomat əlavə edib ki, 1915-ci il hadisələrinə ədalətli yanaşma prinsipi olarsa, Türkiyə Ermənistanla, eyni zamanda, hamı ilə istənilən mövzunu müzakirə etməyə hazırdır: "Türkiyə olaraq özümüzə güvənirik, ölkə Prezidentinin qeyd etdiyi kimi, əgər hansı bir səhvimiz varsa, onu da müzakirə etməyə hazırıq. Ümid edirik ki, nə zamansa Ermənistanda sağlam məntiq qələbə çalacaq”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ