Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ Bəşər Əsədlə danışıq masasında - Türkiyə əvvəlki mövqeyində...

Image


Ankara ilə Vaşinqton arasında yeni böyük regional ziddiyyət yaranır

Ölkəmizin əsas müttəfiqi olan Türkiyə ilə ABŞ arasında Suriya məsələsinə görə kəskin ziddiyyət yaranmaqdadır. Ankara Suriyada Bəşər Əsəd iqtidarının yeni hakimiyyətlə əvəzlənməsində maraqlı olsa da və əvvəllər bu məsələdə Vaşinqton da Türkiyə ilə eyni mövqedən çıxış etsə də, indi ABŞ-ın proseslərə yanaşması tamamilə fərqlənir. Belə görünür ki, Türkiyənin istəyinin əleyhinə olaraq, ABŞ Bəşər Əsədin artıq hakimiyyətdə qalmasında maraqlıdır.
Bu isə Türkiyənin kifayət qədər sərt reaksiyası ilə müşayiət edilir. Lakin ABŞ Suriya ilə bağlı fərqli siyasətə başlamaqda israrlıdır.
ABŞ-ın dövlət katibi Con Kerri bildirir ki, Vaşinqton Suriya böhranını həll etmək üçün gec-tez Bəşər Əsədlə müzakirə aparmaq məcburiyyətindədir. CBS televiziyasında yayımlanan müsahibəsində Kerri bildirib: "Gec-tez prosesləri Bəşər Əsədlə müzakirə etmək məcburiyyətindəyik. Hesab edirəm ki, Cenevrə çərçivəsində müzakirə aparmağa hazırıq". ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sədri Con Oven Brennan da eyni mövqe nümayiş etdirib":ABŞ, İŞİD-ə qarşı mübarizə aparan müttəfiqlər və regiondakı dövlətlər - bizdən heç birimiz Suriyada hökumətin və Dəməşqdəki siyasi idarələrin dağılmağını istəmirik. Çünki bu, meydanın radikal qruplar üçün boş qalmağına gətirib çıxarar".
O, Suriyada gündən-günə artmaqda və güclənməkdə olan radikal qruplaşmalardan və xüsusilə İŞİD terror təşkilatından söz açıb və onlar Dəməşqi tutacağı təqdirdə, baş vərəcəklərlə bağlı xəbərdarlıq edib. ABŞ rəsmisi Suriyada qeyri-radikal müxalifətin dəstəklənməyini də vacib sayıb. Bildirək ki, hazırda Suriyada hökumət ordusuna qarşı vuruşan əsas qruplaşmalar "İslam Cəbhəsi", "Şam Cəbhəsi", İŞİD, "İslam Ordusu" və "ən-Nusra Cəbhəsi"dir. ABŞ hökuməti adıçəkilən qruplaşmaların hamısını terror, yaxud radikal təşkilat hesab edir.
Qərbin qeyri-radikal müxalifət hesab etdiyi "Azad Suriya Ordusu" isə yalnız İordaniya ilə sərhəddə yerləşən Dəra əyalətinin bəzi bölgələrində fəaldır. Bu şəraitdə ABŞ radikal yaraqlıların məhvi üçün Əsədlə işbirliyinə xüsusi maraq göstərir. Belə vəziyyət isə Suriya ilə qonşu olan Türkiyənin bölgə ilə bağlı siyasətinin iflasına gətirib çıxarır və Ankarada narazılıq yaradır.
Ankara, ABŞ-dan fərqli olaraq, Əsədin mütləq şəkildə hakimiyyətdən getməli olduğunu bildirir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edir: "Bəşər Əsəd və İŞİD terror təşkilatı bir qüsurlu zehniyyətin iki fərqli təzahürüdür". Bəşər Əsəd isə Rəcəb Tayyib Ərdoğanın "şəxsi ambisiyaları" naminə ekstremistlərə dəstək verdiyini iddia edir: "Ərdoğan himayədarlarını və öz ambisiyalarını təmin etmək üçün təkfirçi və sair qüvvələri dəstəkləyir".
Ümumiyyətlə, hazırda yaranmış vəziyyət daha çox Əsədin lehinədir. Bu vəziyyətdə "Azad Suriya Ordusu"nun silahlılarının təlimi və silahlandırılmasını nəzərdə tutan Türkiyə-ABŞ proqramının reallaşdırılması da sual altına düşə bilər. Bu proqram Türkiyənin Kırıkkale əyalətində "Azad Suriya Ordusu"nun 2 minədək silahlısının təlimini nəzərdə tutur. "Azad Suriya Ordusu" silahlılarının təlimi və silahlandırılması proqramında, Türkiyədən başqa, Səudiyyə Ərəbistanı və Qətər də iştirak edir. Lakin Türkiyə və ABŞ arasında yaranan ziddiyyət proqramın realaşmasını sual altında qoyub.
ABŞ-ın mövqe dəyişikliyi Əsədə daha uzun müddətə hakimiyyətdə qalmağa imkan verir. Əsəd özü isə bu xüsusda bildirir: "Suriya, iddia edildiyi kimi, iflasa uğramış dövlət deyil. Suriyada dövlət idarələri işləyir, məvaciblər verilir, hətta terrorçuların nəzarətində olan bəzi bölgələrdə də məvaciblər ödənilir. Ölkədə terrorla mübarizə davam edir. Dörd ildir terrora qarşı mübarizə aparırıq və bu, xalqın dəstəyi nəticəsindədir". O, Suriyada 200 mindən çox insanın həlak olması iddiasına toxunub, bu rəqəmin Qərb mediası tərəfindən şişirdildiyini deyib: "Suriyalılar terrorla mübarizədə və öz hökumətlərini dəstəkləməkdə davam edirlər. Qərb iddia edir ki, Suriyada qiyam var. Onların nəzərdə tutduğu qiyam Qərbin və region dövlətlərinin dəstəyindən, silahından bəhrələnirsə, digər tərəfdən burada qiyama qarşı olan və xalqını qətlə yetirən bir diktator varsa, bəs onda niyə dörd ildir bu qiyam qələbəyə nail olmayıb? Bunun iki cavabı var: ya siz yalan deyirsiniz, ya da prezidenti supermen hesab edirsiniz. Amma mən deyim ki, o, supermen deyil, o dörd ildir bu xalqın dəstəyi nəticəsində getməyib". BMT baş katibinin humanitar əməliyyatlar üzrə müavini Valeri Amos isə Suriya hakimiyyətinin əsas dəstəkçiləri olan Rusiya və İranla da danışıqların aparılmasını vacib sayır. Onun sözlərinə görə, Suriyadakı müharibəyə son qoyulmağı üçün ABŞ Rusiya, İran və digər Yaxın Şərq dövlətləri ilə birgə fəaliyyət göstərməlidir: "Məsələnin humanitar tərəfi ilə bağlı bu ölkələri bir yerə toplamağa cəhd etdik. Biz buna yaxınlaşdıq, lakin kifayət qədər yox". V.Amosun fikrincə, Suriyada döyüşən tərəflərə altı dövlət təsir göstərir: "ABŞ, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə. Bu ölkələrin nümayəndələri zorakılığa son qoymağın yolları və münaqişə tərəflərini sülh yolu ilə həll prosesində iştiraka razı olmağa inandırmaq barədə müzakirələr üçün bir otaqda oturmalı və silsilə məsləhətləşmələr aparmalıdırlar. Lakin buna hələ çox var".
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ