Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mətbuat mənsublarının Rusiya liderinin sağlamlığı ilə əlaqədar suallarını ələ salıb.
Baki-xeber.com xəbər verir ki, mövzu ilə bağlı əlavə açıqlamalar vermək istəmədiklərini deyən Peskov, "İflic keçirən və ordu tərəfindən qaçırılan Rusiya lideri bir müddət əvvəl uşağının olduğu İsveçrədə müalicə olunub nəhayət geri döndü" – deyə bildirib.
6 martdan bu yana görünməyən Putinin xəstə, iflic olduğu, devrildiyi, uşağı olduğu, müalicə və ya uşağını görmək üçün İsveçrəyə getdiyi və hətta öldüyü barədə şayiələr yayılmışdı.
Putinin Sank-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşünə diqqət çəkən Peskov "Generalların qaçırdığı iflic olmuş Putini görə bildinizmi? O, uşağının olduğu İsveçrədən yeni dönüb..." – deyərək jurnalislərin suallarını ələ salıb.
Rus lideri əcnəbi həkimlərin müalicə edib-etmədiyinə dair suala cavab verən Peskov, "Bəli həkim göründü. Hətta həkim Putini qaçıran generallardan biri idi..." – deyə jurnalislərlə zarafatlaşıb.