Rusiya Prezidenti Vladimir Putin Kiyevdə reallaşan Maydan inqilabı əsnasında nüvə silahlarını hazır vəziyyətə gətirdiklərini bildirib.
Baki-xeber.com xəbər verir ki, Krımın Rusiyaya birləşdirilməsinin birinci ildönümü ilə bağlı «Rossiya 1» televiziyasının hazırladığı "Krım, Evə Dönüş" sənədli filmində danışan Putin Krım üçün hər cür risqə getməyə hazır olduqlarını bildirib. Rusiya lideri keçən ilki əməliyyat əsnasında, Qərbdən gələ biləcək hər hansı silahlı təhlükəyə qarşı nüvə silahlarını da istifadəyə hazır vəziyyətə gətirdiklərini deyib.
Putin "Bunu etməyə hazır idik. Həmkarlarımla görüşüb onlara Krımın Rusiyanın tarixi torpağı olduğunu, orada yaşayan və həyatları təhlükədə olan rusları tərk etməyəcəyimizi söylədim" -deyə bildirib.
"Krım, Evə Dönüş" sənədli filmində Putinin çıxışı: