Bazar günü günü, 29 noyabr 2026
     

“Ukrayna öz ərazi bütövlüyünə səmimi münasibət nümayiş etdirməklə Azərbaycanı özünə tərəf çəkə bilər”

Image


"Ukrayna mətbuatı Azərbaycanın mövqeyinə hücumlar təşkil etməklə dövlətlərarası münasibətlərə ciddi zərbə vurur". Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun fikrincə, son zamanlar Ukrayna mətbuatında Azərbaycanla bağlı neqativ fonda yazılan yazıların miqdarı xeyli çoxalıb: "Ukraynada belə hesab edirlər ki, Azərbaycan Ukraynanı müdafiə etməyib, etmir və Rusiyaya yaxınlaşır. Ukraynanı diqqətlə izləyən bəzi Qərb ekspertləri də indi belə fikrin daşıyıcısıdırlar. Hətta Ukraynanın sayılıb-seçilən siyasətçilərindən olan, Kiyev şəhərinin meri Vitali Kliçko Azərbaycan Prezidentinin Münhendə təhlükəsizlik konfransı zamanı "Ukraynadan kənar münaqişələr” mövzusunda təşkil etdiyi paneldə də sıravi adam kimi iştirak etdi. Bu, onun Ukrayna məsələsində Azərbaycanın mövqeyinə marağından irəli gəlir. Ukrayna mətbuatında Azərbaycanla əlaqəli neqativ fonun yaranması isə təəccüblü deyil. Çünki məsələnin kökü bundadır. Ukraynanın ictimai-siyasi mühiti Azərbaycanla əlaqəli məsələləri sonadək öyrənmək istəmir. Bu ölkənin mətbuatı, ekspertləri isə yanlışlığa yol verməklə vəziyyəti daha da gərginləşdirirlər. Azərbaycanın mövqeyinə hücumlar təşkil etməklə dövlətlərarası münasibətlərə ciddi zərbə vururlar. Anlamaq istəmirlər ki, Ukraynanın ərazi bütövlüyünə Azərbaycanın münasibəti dəyişməyib. BMT Baş Assambleyasının qərarı ləğv edilməyib. Ukraynanın mətbuatı və ekspertləri sanki Azərbaycanla münasibəti korlamağa çoxdan hazırlaşırmış”.

M.Əhmədoğlu qeyd edib ki, Ukrayna Erməniləri İttifaqı xeyli güclüdür və yaranmış vəziyyətdən sui-istifadə edir: "Ukrayna zəiflədikcə, xaraba qaldıqca Ukrayna Erməniləri İttifaqı təşkilati, strukturlaşma və maliyyə baxımından güclənirlər. Ukrayna məmurlarının və mətbuatının korrupsiyalaşmamış hissəsi Ukrayna Erməniləri İttifaqının əlində yağlı ova çevrilib”.

Onun sözlərinə görə, müstəqil Azərbaycanda Ukraynaya həmişə xüsusi münasibət olub. MBD dövlətlərinin, o cümlədən Azərbaycanın müstəqilliyinin qarantlarından biri kimi qəbul edilib. Aralarında fərqin böyük olmasına baxmayaraq, Ukrayna Rusiyadan sonra MDB-də təbii parametrlərinə görə ikinci dövlət idi. Qalan dövlətlər Ukraynanın ətrafına toplanmaqla, onun gücünü artırmaqla Rusiyaya əks-çəki kimi görürdülər. Məhz bu səbəbdən Azərbaycan Ukrayna ilə siyasi, geosiyasi və iqtisadi əlaqələri durmadan inkişaf etdirirdi. Ukraynaya belə münasibət rusiyapərəst prezident imici qazanmış Mütəllibovun dövründə də belə idi: "Ümummilli liderimiz Heydər Əliyevin dövründə Ukrayna ilə münasibətlər daha da inkişaf etdi. Hətta Rusiya Ukraynanı taxıl yığımı vaxtı dizel yanacağı blokadasına aldığı vaxt Azərbaycanın ümummilli lideri H.Əliyev onu bu blokadadan çıxardı. GUAM ideyasını müəllifi Azərbaycanın ümummilli lideri H.Əliyev idi. Bunlar həm də Ukrayna ilə münasibətlərimizin Rusiya qarşısında dövlət və milli maraqlarımızın müdafiəsinə xidmət etdiyini aydın göstərir. Azərbaycan Respublikası 52 milyonluq Azərbaycan xalqının dövlətidir. Rəsmi Kiyev nəzərə alsın ki, Azərbaycan Respublikası dövlət və milli maraqlarını qorumağı indi daha yaxşı bacarır. Sonralar Ukraynanın daxili siyasi həyatında ermənilərin rolu gücləndi. Ola bilər, korrupsiyanın güclənməsi ermənilərin iştirak payının artmasına şərait yaradıb. Zaman keçdikcə Ukraynanın Azərbaycanla əlaqəli siyasətində çatlar baş verdi. "Maydan hərəkatı” başladığı vaxtdan Ukrayna ATƏT-ə sədrlik edirdi. Prezident Viktor Yanukeviç Ukraynanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ tənzimlənməsində real irəliləyişə nail olacağına vəd vermişdi. Ukraynanın ATƏT-ə sədrliyinə Azərbaycan cəmiyyətində böyük inam var idi. Qarabağ tənzimlənməsi ərazi bütövlüyü prinsipinin dəstəklənməsini tələb edir. Ukrayna ATƏT-ə sədrliyi dövründə ərazi bütövlüyü prinsipinə dəstək verə bilmədi. Nəticədə isə, özünün ərazi bütövlüyü pozuldu. Ukrayna Xarici İşlər Nazirliyinin arxivlərini qaldırmaqla Ukraynanın ərazi bütövlüyü prinsipinin dəstəklənməməsindəki mövqeyinin səbəbini başa düşmək olar”.

Mərkəzin direktoru bildirib ki, Azərbaycanın AŞPA-dakı bəlli səsvermə zamanı mövqeyini AŞPA-Azərbaycan münasibətləri şərtləndirdi: "Eynilə həmin mövzu üzrə AŞPA Azərbaycanı da hədələyib. AŞPA dəfələrlə Azərbaycana qarşı ikili standartlar tətbiq edib. AŞPA-dakı səsvermə zamanı Azərbaycan Ukraynanın deyil, AŞPA-nin ikili standartlarının əleyhinə səs verib. Bunun Rusiya ilə də əlaqəsi yoxdur”.

M.Əhmədoğlu xatırladıb ki, BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü səsverməyə çıxarılanda Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Ermənistan Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verdi. Guya Ermənistan "millətlərin öz müqəddəratını təyinetmə” prinsipinin tərəfdarıdır: "Bu, Növbəti yalandan başqa bir şey deyil. Əgər Ermənistan üçün "millətlərin öz müqəddəratını təyinetmə prinsipi” vacibdirsə, Kosovo, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanısın. Ermənistan üçün vacib olan məsələ Rusiyanın mövqeyidir. Abxaziya və Cənubi Osetiyanın tanınmasında Rusiya həssaslıq nümayiş etdirmədi. Amma Krım məsələsində həssaslıq nümayiş etdirdiyi üçün Ermənistanın manevr imkanları sıfıra endi. Amma Azərbaycanın və Ermənistanın Ukraynanın ərazi bütövlüyünə 180 dərəcə fərqlənən münasibətlərindən sonra baş verənlər daha maraqlıdır. Ermənistan Ukraynanın ərazi bütövlüyünü inkar etmək istiqamətində konkret addımlar atmağa başladı. "Yerevan-Simferopol” aviareysinin açılmasını yumşaq halda, Ukrayna ərazi bütövlüyünə hörmətsizlik adlandırmaq olar. Azərbaycan isə bütün addımlarında Ukraynanın ərazi bütövlüyünə hörmət nümayiş etditməkdə davam etdi. Nəzərə alınmalıdır ki, Krımla əlaqəli daha şirnikləndirici ideyalar Azərbaycana da təklif olunmuşdu”.

O, həmçinin bildirib ki, Ukraynanın məşhur "1+1”telekompaniyası Dağlıq Qarabağa çəkiliş qrupu göndərərək film və digər verilişlər hazırladı. Bu verilişlər Ukrayna televiziyasında nümayiş olundu. Ukrayna mətbuatı bu mövzuda yazdı. Əsas leytmotiv isə Dağlıq Qarabağın ermənilərə məxsusluğunu göstərmək və Dağlıq Qarabağın müstəqil olduğunu nümayiş etdirmək idi. Ukrayna rəsmiləri yalnız Azərbaycanın tələbindən sonra buna simvolik reaksiya verdilər: "Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərilməsi, Azərbaycanın ərazi bütövlüyünə Ukrayna mətbuatı tərəfindən zərbə vurulması nədənsə Ukraynanın ictimai-siyasi mühitinin diqqətini cəlb etmədi. Ərazi bütövlüyü uğrunda mübarizə aparan Ukraynanın aparıcı televiziyasının məhz həmin vaxtda Azərbaycanın ərazi bütövlüyünə zərbə vurmağa, erməni separatizminə dəstək verməyə vadar edən səbəblər hələ də araşdırılmayıb. Ukraynada heç kim ərazi bütövlüyü prinsipinin altına kimin və nə üçün mina qoymasının həqiqətini öyrənmək istəmir. Ukrayna biznesmenləri "Air Armenia” aviakompaniyasına 30 milyon dollar investisiya qoymağa qərar verdilər. Ermənistanın aviakompaniyaları Krıma aviareys açmaqla Ukraynanın ərazi bütövlüyünü təhdid edir. Digər tərəfdən Ukrayna özü pul axtarır. Milliyyətindən asılı olmayaraq Ukrayna vətəndaşı 30 milyon dolları Ukraynadan kənara çıxarıb Ermənistan aviakompaniyasına investisiya yatırdır”.

Politoloq qeyd edib ki, Ukraynada həm Azərbaycan, həm də erməni diasporu var. Hər iki diaspor Ukraynanın hər iki hissəsində məskunlaşıb, eyni proseslərlə rastlaşırlar. Ukraynanın şərqində Rusiyanın mövqeyini müdafiə edən ermənilər olduğu kimi azərbaycanlılar da var. Ukraynanın şərqində rəsmi Kiyevin mövqeyini müdafiə edən isə bir nəfər erməni yoxdur. Amma rəsmi Kiyev ermənilərin başını sığallayır, Ukraynanın bəzi təmsilçiləri isə Azərbaycan diasporuna hədsiz təzyiqlər edir: "Rəsmi Kiyev Ukraynadakı Azərbaycan diasporuna olunan təzyiqlərə laqeyddir. Ukraynadakı Azərbaycan və erməni diasporuna belə fərqli münasibətin səbəbini araşdırmır.Bütün bunlar Ukraynanın indiki rəhbərliyinin eynilə keçmiş rəhbərlik kimi Ukraynanın ərazi bütövlüyünə qeyri-ciddi münasibətinin bariz təzahürləridir. Ukrayna öz ərazi bütövlüyünə hörmət etməlidir. Öz ərazi bütövlüyünə hörmət etməyən Ukrayna Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyəcək. Orada Dağlıq Qarabağ müstəqil dövlət kimi göstəriləcək. Ən bariz nümunələrdən biri də Ukrayna və Ukraynadakı Ukrayna Erməniləri İttifaqına müqayisəli təhlilidir. Ukrayna dağılır, zəifləyir. Ukrayna Erməniləri İttifaqı isə təşkilatlanır və güclənir. Çünki Ukrayna rəhbərliyinin Ukraynanın ərazi bütövlüyünə münasibəti səmimi deyil, saxtadır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ