Bazar günü günü, 29 noyabr 2026
     

Kissencer Ukrayna siyasətinə görə ABŞ və Avropanı açıq ittiham etdi

Image


"Kiyevə qədər işğal" təhlükəsi Qərbi şaşırdıb

Yaxın günlərdə Rusiya açıq şəkildə Ukrayna üzərinə hücuma keçə və Kiyevi də ələ keçirərək burada özünə yaxın qüvvəni hakimiyyətə gətirə bilər. Artıq dünya mediasında bu xüsusda xəbərdarlıqlar səslənir. Hadisələrin belə kəskin şəkildə inkişaf etməsinə səbəb isə Qərbin, Kremlin maraqlarına zidd olaraq, Ukraynaya silah göndərməsidir. Ukrayna prezidenti Petro Poroşenko "1+1" telekanalına müsahibəsində deyib ki, Kiyev 11 Avropa Birliyi ölkəsi ilə silah tədarükünə dair müqavilə imzalayıb.
Bir müddət əvvəl dövlət başçısı demişdi ki, rəsmi Kiyevlə bir sıra Avropa Birliyi ölkəsi arasında silahların çatdırılmasına dair müqavilələr mövcuddur. Bu silahlar arasında, həmçinin, öldürücü silahlar da yer alır.
Belə bir vaxtda bəlli olub ki, ABŞ Ukraynaya zirehli hərbi maşınlar və pilotsuz uçuş aparatları göndərmək barədə qərar qəbul edib. ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna prezidenti ilə telefon söhbətində faktı təsdiq edib. Hərbi yükün ilk partiyası yaxın həftələrdə Ukraynaya çatdırılacaq. ABŞ-ın Ukraynaya bir neçə ədəd "Raven" pilotsuz uçuş aparatı, 30 ədəd çoxməqsədli zirehli "Humvee" avtomobili və 200 ədəd adi "Humvee" avtomobili göndərəcəyi bildirilir. Yardımın həcmi 75 milyon dollar dəyərində qiymətləndirilir. Moskva isə Qərbin addımlarını qəzəblə qarşılayır. Bütün bunlar fonunda Petro Poroşenko ölkənin şərqində güclü müdafiə sisteminin yaradılması barədə sərəncam imzalayıb. Poroşenko ən qısa müddətdə şərqdə dayaq məntəqələrinin yaradılması və müdafiə sisteminin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Vilayət administrasiyalarının rəhbərləri ilə keçirdiyi müşavirədə Poroşenko hər bir bölgənin ölkənin müdafiəsinə öz töhfəsini verməli olduğunu bildirib. Kreml, cavab tədbiri kimi, Krımda da mövqelərini gücləndirmək qərarına gəlib.
Rusiya Xarici İşlər Nazirliyi Silahlara Nəzarət Departamentinin direktoru Mixail Ulyanov burada nüvə silahının yerləşdirilə biləcəyini də istisna etməyib: "Krım Rusiyanın tərkib hissəsidir. Orada nüvə silahının yerləşdirilməsi də prinsip etibarilə mümkündür. Krımda hazırda nüvə silahının olub-olmadığı mənə məlum deyil. Belə planların mövcud olub-olmaması barədə də heç nə bilmirəm. Amma Rusiyanın Krımda nüvə silahı yerləşdirməsi prinsip etibarilə tamamilə mümkündür".
Ən əsası isə, Rusiya Ukraynanın şərqindəki separtçılar vasitəsilə Kiyev və Qərb arasında əməkdaşlığı heçə endirməyə hazırlaşır. Ukrayna Baş Qərargahının sabiq rəis müavini İqor Kabanenko bildirir ki, hərbi əməliyyatlar yenidən hər an şiddətli mərhələyə keçə bilər: "Bölgədə aktiv döyüş əməliyyatlarının hazırlığını müşahidə edirik. Müharibə istənilən vaxt başlaya bilər. Düşünmürəm ki, bu hərbi hazırlıq bizdə qorxu yaratmaq üçün aparılır. Hücumun nə vaxt başlayacağını demək çətindir. Qruplaşmalar yaradılandan sonra müharibə başlayacaq, ancaq bu prosesin nə zaman bitəcəyini dəqiq deyə bilmərəm". Qeyd edək ki, Antiterror İdarə Mərkəzinin spikeri Andrey Lısenko da Donetsk və Mariupolda hərbi əməliyyatların aparıldığını bildirmişdi.
Qərbdə isə baş verənlərlə bağlı fərqli fikirlər səslənir. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencer Almaniyanın "Şpigel" qəzetinə müsahibəsində sensasion fikirlər səsləndirib. Onun sözlərinə görə, Ukraynadakı konfliktə görə Avropa və ABŞ da məsuliyyət daşıyır: "Krım simptomdur, səbəb deyil. Bundan başqa, Krım özündə xüsusi hadisə daşıyır. Ukrayna uzun müddət Rusiyanın tərkib hissəsi olub. Hər bir ölkənin sərhədlərini dəyişmək və başqa bir ölkənin ərazisini işğal etmək prinsipini tanımaq olmaz. Qərb səmimi olsa, özünün buraxdığı səhvləri qəbul etməyə bilməz. Krımın birləşdirilməsi qlobal mübarizə addımı deyil. Bu, Hitlerin Çexoslavakiyaya girməsi deyil". Onun sözlərinə görə, ABŞ və Avropa Ukrayna ilə Avropa Birliyi arasında iqtisadi münasibətlərlə bağlı danışıqlara başlayanda bunun nəticəsini başa düşmədilər:
"Bütün bu məsələlər və onların nəticəsi Rusiya ilə dialoqun başlanmasının predmeti olmalı idi. Amma bu o demək deyil ki, Rusiyanın reaksiyası düzgün idi". Lakin Polşanın baş naziri Eva Kopaç bu yanaşmanı səhv adlandırır və qeyd edir ki, Rusiya nəinki Ukraynada, həmçinin, Moldova və Gürcüstanda da destabilizasiya yaradır. Onun sözlərinə görə, Rusiya Minsk danışıqlarına riayət etmədiyi üçün Avropa Birliyi Moskvaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır: "Varşava Ukraynadakı münaqişənin hərbi yolla deyil, diplomatik yolla həll edilməsinin tərəfdarıdır".

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ