ABŞ Suriyada rejiminin lideri Bəşər Əsədlə görüşə bilər. Baki-xeber.com xəbər verir ki, bu barədə Suriyada 220 mindən çox insanın öldüyü vətəndaş müharibəsinin beşinci ildönümündə ABŞ-dakı CBS televiziyasına danışan dövlət katibi Con Kerri bildirib.
Kerri qeyd edib ki, Vaşinqton rəhbərliyi sonunda Bəşər Əsəd rejimi ilə müzakirələr aparmaq məcburiyyətində qalacaq.