"Bu mitinq deyildi, bir şou idi. Əli Kərimli konsert verirdi. Çıxışdan daha çox musiqi idi. Özünün səsi olmadığından elə Əbülfəz Qurbanlını orada uladırdı". Bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın bazar günü keçirilən icazəli mitinqinin şərh edərkən deyib.
S. Novruzov bildirib ki, mitinqdə səslən fikirlərin heç biri, ümümiyyətlə, nə məntiqə, nə iqtisadiyyata, nə siyasətə aidiyyatı olmayan məsələlərdir: "Avropadan ayrı-ayrı qurumlardan maliyyələşən və onların sifarişi ilə Azərbaycanda bu cür şeyləri təşkil edən insanlar digər insanların ünvanına ittiham səsləndirirlər".
YAP rəsmisi hesab edir ki, bu cür mitinqlərin heç bir effekti yoxdur və gələcəkdə də effektsiz olacağı göz qabağındadır, çünki müxalifətin heç bir sosial bazası yoxdur.