Almaniyanın ən yüksək məhkəməsi dövlət məktəbi müəllimlərinin baş örtüsünə qadağanın konstitusiyaya zidd olduğunu bildirərək, ləğv edir.
Məhkəmənin qərarına görə, 2004-cü ildə qoyulmuş qadağa din azadlığını pozur. İddia daha əvvəl alternativ baş örtüsü geyinməyə məcbur edilmiş iki müsəlman qadın müəllim tərəfindən başladılmışdı. Qadağaya səbəb kimi hicabın siniflərdə təfriqəyə səbəb ola biləcyi və müəllimin neytrallığı barədə sualların yarana biləcəyi göstərilirdi.
Cümə günü məhkəmə qərara alıb ki, bundan sonra məktəblər əvvəlki qaydada qadağanı əsaslandırmaq üçün "...kifayət qədər konkret risq” nümayiş etdirməlidirlər.
Həmçinin qərara alınıb ki, "Xristian və Qərb təhsil və mədəni dəyərləri və ənənələrinin” qadağadan azad edilməsi ayrı-seçkilik olub.
Bəyanatda Federal Konstitusiya Məhkəməsi bildirib ki, "pedoqoqların xarici görünüşünə əsaslanan dini ifadəyə qoyulmuş məhdudiyyət” dini azadlıqlara uyğun gəlməyib.
Müəllimlər əvvəlcə iddianı Şimali Reyn-Vestfaliyadakı yerli qanuna qarşı qaldırıblar.
Ölkədəki digər əyalətlər də müəllimlərin hicab geyinməsini qadağan edir, lakin bu hökm həmin qanunları da qüvvədən salır.