Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ prezidentliyinə namizəddən Kürdüstan dövləti vədi...

Image


Qardaş Türkiyənin üzləşdiyi kürd probleminin həlli istiqamətində genişmiqyaslı addımlar atdığı bir vaxtda okeanın o tayından gələn xəbər bu sahədə yeni çətinliklərin əsasını qoya bilər. Hər halda, ABŞ-da 2016-cı il prezident seçkisində namizəd olacaq senator Rand Paulun açıqlamaları bu qənaətə gəlməyə əsas verir. Senator qeyd edir ki, ABŞ rəhbəri olarsa, Kürdüstan üçün yeni sərhədlər müəyyənləşdirəcək.
O, kürdlərə öz dövlətlərini qurmaq üçün şans verməyin lazım olduğunu bildirib: "Kürdlərə radikal cihadçılardan müdafiə olunmaları üçün öz ölkələrini vermək lazımdır. Ancaq mən bir addım da irəli gedəcəm. Mən Kürdüstan üçün yeni sərhədlər müəyyənləşdirəcəm. Onlara yeni bir ölkənin sözünü verirəm. İnanıram ki, onlara öz ölkələrini versək, ölümünə vuruşarlar. Bunu demək, əlbəttə ki, reallaşdırmaqdan daha asandır. Çünki yeni bir ölkənin sərhədlərini müəyyənləşdirmək üçün Türkiyə, İraq və Suriyadan torpaq almaq lazım gələcək".
Paul bir daha kürd dövlətinin qurulmasının vacibliyini vurğulayıb: "Mən kürdlərə yeni bir ölkə barədə söz verirəm. Amerikanın bu günə qədər onlara verdiyi dəstək azdır, İŞİD-ə qarşı kürdlər daha çox silahlandırılmalıdır. Onlar yaxşı döyüşçüdürlər". Kürdlər üçün göndərilən silahların əvvəlcə Bağdada getdiyini, burada onların bir qisminin oğurlandığını deyən senat silahların yalnız bir qisminin kürdlərə çatdığını deyib. O təklif edib ki, silahlar birbaşa kürdlərin özünə verilsin: "Bir daha qeyd edirəm ki, radikal qruplaşmalarla mübarizə aparmaq üçün kürdlərə öz dövlətlərini qurmağa şərait yaratmaq lazımdır. İnanıram ki, onlara öz ölkələrinin olacağını vəd etsək, ölümü gözə alıb mübarizə apararlar".
Ekspertlər isə senatorun bu açıqlamalarını təhlükəli hal sayır. Eyni zamanda, səslənən fikirlərin Türkiyə, İraq və Suriya üçün əlavə problemlər yaradacağı da heç bir şübhə doğurmur. Məsələyə Ankaranın sərt reaksiya verəcəyi gözlənir. Qeyd edək ki, onsuz da Suriyada və İraqın şimalında müstəqil kürd dövlətinin qurulması barədə çoxdan fikirlər səslənir və Türkiyə hər dəfə buna sərt reaksiya verib. Hazırda baş verənlər göstərir ki, Suriyada və İraqda İŞİD terror qurplaşmasının məhv edilməsindən sonra burada kürd dövlətinin yaradılması üçün real addımlar atılacaq. Kürdlər isə hazırda əsas etibarı ilə Suriyada daha böyük ərazilərdə nəzarəti ələ keçirirlər. Xatırladaq ki, Suriyada kürd üsyançı qüvvələri Raqqa əyalətini də ələ keçirmək üzrədir. Bundan sonra onlar Suriyada daha böyük ərazilərə nəzarət imkanları qazanacaqlar. Raqqa İŞİD qruplaşmasının nəzarət etdiyi ərazilərin ən mühüm hissəsidir. ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiyanın hava qüvvələrinin dəstəklədiyi kürdlər yanvar ayında sərhədyanı Kobani şəhəri yaxınlığındakı döyüşdə cihadçıları darmadağın etdikdən sonra cənuba doğru hərəkət etməkdədir. Bundan əlavə, İraq və kürd qüvvələri İraqın ikinci ən böyük şəhəri olan Mosulda da nəzarəti ələ almağa çalışır. Amerika təlimatçıları tərəfindən hazırlanmış 25 min hərbçinin iştirak edəcəyi hücum aprel-may aylarında mümkün ola bilər.
Suriya və İraqda möhkəmləndikdən sonra kürdlərin müstəqil dövlət yaratmaq niyyətlərini daha açıq şəkildə meydana qoyması gözlənir. Hazırda İraqda onların mövqeyi daha güclüdür. Elə indinin özündə də İraqın şimalında mövqelərini gücləndirməkdə olan kürdlər mərkəzi hökumətə tabe olmağa elə də böyük həvəs göstərmir. Regional Kürdüstanın rəhbəri Məsud Bərzani bu xüsusda daha əvvəl olduqac maraqlı açıqlamalar səsləndirib: "Regional Kürdüstanla İraq arasındakı münasibətlər konfederalizmə doğru gedir. Konfedralizmdən sonrakı addım isə müstəqil kürd dövləti olacaq".
Onu da bildirək ki, İraq Regional Kürdüstan rəhbərliyi ilə Mərkəzi Bağdad rəhbərliyi arasındakı neft anlaşmazlığından yaranan böhran da davam edir. Bundan əvvəl İraq regional kürd rəhbərliyi neft gəlirlərinin bölünməsində mərkəzi hökumətlə yaranan problemi aradan qaldırmaq üçün maraqlı bir təkliflə çıxış edib. Kürd muxtariyyəti bölgədə çıxarılan neftin satışından əldə olunan pulun 17 faizini götürdükdən sonra pulun qalan hissəsinin Bağdada verilməsini təklif edib. Kürd rəhbərliyinin maliyyə nazirinin müavini Rəşid Tahir öz neftlərini ixrac edərək Bağdaddan xilas olmaq istədiklərini söyləyib. O, kürd bölgəsinə ayrılan büdcənin mərkəzi hökumət tərəfindən 36 hissəyə bölünərək ödənildiyini, verdikləri təklifin də məhz bu qaydanın dəyişdirilməsinə xidmət etdiyini söyləyib. Nazir müavini Bağdad hökumətinin tətbiq etdiyi qaydanın onlar üçün bir çox problemlər yaratdığını deyib. Kürd rəhbərliyinin təklifində bölgədə neftin satışından onların payına düşən pulun 5 faizinin Küveyt bankına, qalan hissənin isə kürd muxtariyyətindəki bir banka köçürülməsi yer alıb. R.Tahir məsələ ilə bağlı deyir: "Bağdad Kürdüstana İraqın digər vilayətləri kimi baxır. Bizi Ənbar və ya Bəsrə vilayətləri hesab edir. Ancaq biz müstəqil bir bölgəyik və Bağdadın da bunu anlaması lazımdır". İndiyə qədər bu xüsusda yaranan anlaşılmazlıq hələ də həllini tapmayıb.
Beləliklə, hadisələrin inkişafı bölgədə müstəqil kürd dövlətinin yaranmaqda olduğunu göstərir. Belə vəziyyət hazırda Türkiyə üçün təhdid yaradır. Qeyd edək ki, Suriya kürdləri İraq kürdləri ilə yeni müstəqil dövlətdə birləşməkdə maraqlıdır. Bu vəziyyətdə Türkiyədə yaşayan kürdlərin də eyni arzudan çıxış edəcəyi tam gözləniləndir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ