Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Ulyanov Krımın Rusiyanın torpaqlarından bir parça olduğunu, buraya da nüvə silahı yerləşdirə biləcəklərini bildirib.
Baki-xeber.com xəbər verir ki, Ulyanov "Orada nüvə silahlarının olması mövzusunda məlumatım yoxdur. Belə bir planın olub-olmadığını da bilmirəm. Ancaq prinsip etibarı ilə Rusiyanın bunu etməsində hər hansı bir maneə yoxdur..." – deyə bildirib.
Rusiya Strateji Raket Qüvvələri komandiri Sergey Karakayev dekabr ayında müasir ballistik raketlərin Rusiyanın sərhədlərinə qədər yaxınlaşmasına gərək qalmadan dünyanın hər hansı bir yerindəki hədəfi vura biləcəklərini demişdi.
18 mart 2014-cü Rusiya tərəfindən ilhaq edilən Krım, Rusiyanın digər bölgələrinə görə Avropa ölkələrinə daha çox yaxındər.
Moskvanın Krıma nüvə silahı yerləşdirilməsi ilə bağlı məsələni Qaradənizdə NATO-nun manevrləri ilə eyni vaxtda gündəmə gətirməsi diqqət çəkir. Türkiyə, Bolqarıstan, Rumıniya, Kanada, Almaniya, ABŞ və İtaliyanın daxil olduğu döyüş gəmiləri bölgədə geniş miqyaslı manevrlər keçirir.