Bazar günü günü, 29 noyabr 2026
     

Əsədin görüşünə gedən Türkiyə müxalifət lideri milli xəyanətkar kimi damğalanır

Image


Əli Əliyev: "Orxan Pamuk və Əkrəm Əylislinin yaradıcılığına da bu qəbildən yanaşıram"
"Perincəkin tutduğu mövqe də buna bənzəyir"


Son günlər Türkiyədə sosial şəbəkələrdə Vətən partiyasının sədri Doğu Perincəkin Suriya diktatoru Bəşər Əsədin dəvətilə bu ölkəyə səfəri müzakirəyə çıxarılıb. Hərçənd, türk mediası onun səfərinə o qədər diqqət ayırmasa da, hazırda Türkiyə ilə Suriya hakimiyyəti arasında mövcud olan de-fakto müharibə şəraitində Perincəkin bu addımını fərarilik kimi qiymətləndirənlər az deyil.
Keçmişdə marksist, kommunust olan, hazırda isə özünü ifrat "millətçi" kimi qələmə verən və həyatı ziddiyyətlərlə dolu siyasətçinin həyat yoluna kiçik bir ekskurs edək.

Perincək kimdir və kimin adamıdır?

2008-ci ildə keçmiş ordu mənsubları İlhan Səlcuk və Kamal Alemdaroğlu ilə həbs olunan Perincək Türkiyəni rəsmən şoka saldı. Çünki "Ergenekon"çularla adı hallanmadan öncə hamı bu şəxsi PKK-çı hesab edirdi. Öcalanın dağlarda türk qanı tökdüyü zamanlarda bu şəxs mütəmadi olaraq terrorbaşının kamplarına gedir, onunla şəkillər çəkdirir və hətta qırmızı qərənfil bağışlamaqdan belə çəkinmirdi.
Perincek adı gələndə Türkiyədə bəzən onu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olmaqda, bəzən isə PKK-nın üzvü olmaqda ittiham edirdilər.
Son zamanlarda isə Perincək özünü MHP-dən daha çox milliyyətçi bir imicə sahib siyasətçi kimi təqdim etməyə çalışır. Bəzən isə Ankaranın siyasi dəhlizlərində bu adamı ironiyalı gülüşlə xatırlayırlar. Çünki bu şəxsdə dəyişməyən yeganə şey hər zaman sensasion ittihamları ilə hamını heyrətə gətirməsidir.
Doğu Perincek 1942-ci ilin iyun ayının 17-də Türkiyənin Qaziantep vilayətində anadan olub.
1968-ci ildə marksist, kommunist gənclik hərəkatlarına qoşulan Perincək 1969-cu ildə may ayının 21-də dostları ilə birlikdə qanunsuz Türkiyə İnqilabçı İşçi (kəndli) Partiyasını qurub.
1971-ci ilin mart ayının 12-də baş vermiş hərbi çevrilişdən sonra axtarışda olub. 1972-ci ildə həbs olunub. Məhkəmə barəsində 20 il azadlıqdan məhkum olunma qərarı çıxarsa da, 1974-cü ildə əfv fərmanı ilə azadlığa buraxılıb.
1974-cü ildə isə Perincək Türkiyəni şoka salan bir addımı ilə yadda qaldı. Kiprdə yunanlarla Türkiyə arasında baş vermiş münaqişədə Perincək Türkiyəni işğalçı adlandırmış, bu yöndə yazılar yazmış və aksiyalar təşkil etmişdi.
Türkiyədə 1980-ci il 12 sentyabrda general Kənan Evrən tərəfindən edilən dövlət çevrilişi zamanı sahibi olduğu "Aydınlıq" qəzetində haqqında tənqidi yazı yazdığı, ölkənin millətçi kəsimini ehtiva edən mühüm şəxslər, bir neçə gün sonra solçular tərəfindən qətlə yetirilib. Bu faktı millətçilər heç vaxt unutmayıb.
Perincək 12 sentyabr 1980-cı il inqilabından sonra həbs edilərək əvvəlcə 12 il, daha sonra 8 il azadlıqdan məhrum edilib, lakin nədənsə 1985-ci ildə azadlığa buraxılıb.
1987-ci ildə həftəlik "2000-ə doğru" jurnalının baş redaktoru və baş yazarı olub. Onun rəhbərlik etdiyi bu jurnal 1989 və 1991-ci illərdə PKK bazalarında Abdullah Öcalandan geniş reportajlar hazırlayıb. Perincəkin Öcalanın əlindən gül alacaq qədər səmimi fotoşəkilləri hələ də yaddaşlardan silinməyib.
1991-ci ildə həbsdən çıxdıqdan sonra Sosialist Partiyasının 2-ci konqresində partiyanın sədri seçilib. 1992-ci ildə partiyanın Konstitusiya Məhkəməsi tərəfindən bağlanmasından sonra yeni qurulan Əmək Partiyasının sədri seçilib.
Perincək 1998-ci ilin sentyabr ayının 24-də PKK-ya silah və pul yardımı etməkdə ittiham olunaraq həbs olunub. Daha sonra isə televiziyada çıxışı zamanı danışdıqlarına görə 14 ay azdlıqdan məhrum olunub.
"Ergenekon" əməliyyatları zamanı həbs olunan təqaüddəki general Vəli Küçüyün Perincəkin oğlu Mehmet Perincəklə əlaqə yaradaraq "Qızıl Alma" koalisiyasını yaratdığı iddia edilir.
Perincək "Ergenekon" əməliyyatları başladıqdan sonra tez-tez mətbuat konfransları təşkil edərək belə bir təşkilatın olmadığını deyib.
2008-ci ildə isə Perincək "Ergenekon" ittihamları ilə həbs olunsa da, 2014-cü ildə azadlığa buraxılıb.
2000-ci illərdə isə Doğu Perincək kökündən dəyişərək milliyyətçi ideologiya irəli sürməyə başladı O, bundan əvvəl qarşı-qarşıya dayandığı bütün milliyyətçilərlə artıq eyni sıralarda mübarizə aparacağını bəyan etsə də, MHP onu yaxına buraxmadı. Rəhbəri olduğu İşçi Partiyasının adını dəyişən Perincək "Vətən" partiyasını yaratdığını bəyan edib. Lakin onun ölkədə ciddi biri kimi qəbul olunmaması və PKK keçmişi geniş siyasi elektorata sahib olmasına imkan vermir. Eyni zamanda özünü millətçi kimi təqdim edən bu şəxsin Əsəd rejimi və İranla dostluq mesajları da millətçi kəsimdə birmənalı qarşılanmır.
Qeyd edək ki, Əsədlə görüşə gedən Perincək Atatürk hava limanında İranın keçmiş prezidenti Əhmədinejadla görüşüb. İranın siyasətini xeyli tərifləyən Perincək növbəti dəfə hamını heyrətləndirib. Belə ki, vaxtilə Qurani-Kərim haqqında təhqiredici "şeytan ayələri" kitabını yazan və İran tərəfindən ölümə məhkum edilən Salman Rüştünün ən fəal dəstəkçisi məhz Doğu Perincək olub. Perincək, hətta Rüştünün bədnam kitabını öz sahibi olduğu qəzetdə də çap etdirib.
Keçdiyi ziddiyyətli həyat yoluna baxmayaraq, Perincək yenə də əməllərindən geri qalmır. Xüsusilə də onun Bəşər Əsədlə görüşməsi bu cür ziddiyyətli məqamda Türkiyənin dövlət mövqeyilə uzlaşmır.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, hər hansı bir siyasətçinin milli maraqlara zidd hərəkət etməsi qəbuledilən deyil: "Bir qədər də dəqiq ifadə etsəm, bunun adı satqınlıqdır. Orxan Pamuk və Əkrəm Əylislinin yaradıcılığına da bu qəbildən yanaşıram.
Perincəyin tutduğu mövqe də buna bənzəyir. Daha çox Türkiyənin düşmənlərinin dəyirmanına su tökməyə xidmət edir. Belə adamlar Türkiyəni zəiflətmək istəyən qüvvələrin diqqətini cəlb etməklə həmin dairələrdən dəstək alır. Təbii ki, bu cür əməlləri törədən şəxslər qınanmalıdır. Onlara ictimai qınağın ən sərt formaları tətbiq edilməlidir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ