Bazar günü günü, 29 noyabr 2026
     

ABŞ Rusiya sərhədlərinə tanklar cəmləşdirir

Image


ABŞ-ın Rusiya sərhədlərinə fəal surətdə hərbi texnika cəmləməsini ekspertlərin böyük əksəriyyəti ciddi narahatlıqla qarşılayır. Hesab edilir ki, bu hal Moskvanın daha da aqressivləşməsinə gətirib çıxaracaq. Xüsusən də Amerika tanklarının Baltikyanı ölkələr ərazisində peyda olması Kremli daha çox qıcıqlandırır.
Qeyd edək ki, Baltik ölkələrinin təhlükəsizliyini gücləndirmək üçün ABŞ Latviyaya 120 ədəd hərbi texnika göndərib. Riqa limanına gətirilmiş hərbi texnika arasında "M1A2 Abrams" tankları, "M2A3 Bradley" zirehli maşınları da var. Latviya müdafiə naziri Raymon Beyonis "Tvitter" səhifəsində ABŞ ağır hərbi texnikasının Latviyaya gətirilməsinə münasibət bildirib: "Müttəfiqlərimiz NATO və ABŞ-ın Latviyaya dəstəyi regionun təhlükəsizliyi və suverenliyi üçündür". Qeyd edək ki, Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynanın şərqində münaqişənin davam etməsindən sonra ABŞ bəyan edib ki, Baltikyanı ölkələrə və Polşaya Amerika hərbçiləri yerləşdiriləcək. Hazırda Latviyada xeyli sayda amerikalı desant var. ABŞ hərbçilərinin ilk olaraq Latviyaya yerləşdirilməsi isə təsadüf hesab edilmir. Belə ki, bu günlərdə Latviyanın internet məkanında əsasən rusların yaşadığı Latqaliya regionunun xəritəsini əks etdirən və üzərində "Latqalsk Xalq Respublikası" yazılmış təsvirlər yayılıb. Təsvirlərin yayılması Latviyanın xüsusi xidmət orqanlarını ciddi narahat edib. Qeyd edək ki, Latviyanın 2,2 milyonluq əhalisinin dörddə biri rusdur, əhalinin 35 faizi isə rusdillidir. Latqaliya bölgəsinə daxil olan Dauqavpils və Rezekne şəhərlərinin əhalisinin 80 faizi rusdur. Bu bölgənin əhalisinin dörddə birinin Latviya vətəndaşlığı yoxdur. Çünki vətəndaşlıq almaq üçün latış dilini bilmək lazımdır, ruslar isə ya bu dili öyrənmək istəmir, ya öyrənə bilmir.
Sənaye şəhərləri olan Dauqavpils və Rezeknedə əhali informasiyanı Rusiya KİV-indən alır, yerli əhali Latviya dövlətindən narazıdır və Rusiyanı xilaskar obrazında görür. Latviya ilə eyni vaxtda Litvada da separatçılıq təbliğatı baş qaldırıb. Bu ölkədə "Vilensk Xalq Respublikası"nın rəmzləri sosial şəbəkələrdə yayılıb. Təbliğatın təşkilatçıları Ukraynanın şərqindəki qondarma "respublikalardan" ruhlandıqlarını və referendum keçirərək "müstəqilliklərini elan etməyə hazırlaşdıqlarını" gizlətmirlər.
Xatırladaq ki, Ukraynadan sonra Rusiyanın rusdilli əhalinin müdafiəsi adı altında Baltik ölkələrini müdafiə edəcəyinə dair çoxsaylı rəylər, təxminlər yayılmaqdadır. Eyni zamanda Rusiyanın Baltik donanması burada müntəzəm olaraq hərbi manevrlər keçirir, Kalininqraddakı qoşun qruplaşmasını gücləndirir, Rusiyanın strateji nüvə bombardmançıları qırıcıların müşayiəti ilə vaxtaşırı Baltik ölkələrinin hava hüdudları yaxınlığında uçuşlar həyata keçirir. Litva prezidenti Dalya Qribauskayte isə bildirir ki, Baltik ölkələri üzərində real təhlükə yaranıb və onlar hücumu ən azı 3 gün ərzində təkbaşına dəf etməyə hazırlaşmalıdır. Xarici jurnalistlərin ölkədə həqiqi hərbi xidmətə çağırışın bərpasına dair suallarına cavab verərkən o deyib: "2008-ci ilə qədər bizdə həqiqi hərbi xidmət olub, ancaq biz fikirləşdik ki, buna artıq ehtiyac yoxdur. Lakin bizim sərhədlərimizin yaxınlığında geosiyasi situasiya dəyişdi, biz başa düşdük ki, təhdid realdır. Təhdid bütün region üçün, Baltik ölkələri üçün realdır. Bizim qonşularımız daha az proqnozlaşdırıla bilən olublar, mən Rusiyanı nəzərdə tuturam". Litva prezidenti Rusiya ordusunun Kalininqrad vilayətində, Baltik dənizində, Baltik regionunun hava məkanında fəallığının artdığını qeyd edib. O deyib ki, Rusiya bombardmançılarının uçuşu mülki aviasiyaya təhdid yaratmaqdadır.
Prezident NATO-nun qərar mexanizmlərinin ani təhdidlərə cavab vermək üçün çevik olmadığını da etiraf edib: "Bizə NATO-nun prosedurları məlumdur. Çevik reaksiya qüvvələri ən tezi 72 saatdan sonra hərəkətə keçə bilər. Baltik ölkələri isə böyük deyil. Biz özümüz azı 72 saat, ola bilsin daha çox müdafiə olunmalıyıq". Onun sözlərinə görə, həqiqi hərbi xidmətin bərpası o deməkdir ki, Litva müdafiə olunacaq. Prezident deyib ki, Baltik ölkələrinə qarşı artıq indidən informasiya müharibəsi və kiberhücumlar başlayıb. Qeyd edək ki, Litva Müdafiə Nazirliyinin hazırlayıb parlamentə göndərdiyi layihəyə əsasən, il ərzində 3500-ə yaxın çağırışçı orduya çağrılmalıdır. Həmçinin Litva ordusunun yuxarı say həddi artırılıb. Qanun qəbul edilsə, çağırış avqust-sentyabr aylarında başlayacaq. Xidmət müddəti 9 ay olacaq.
Bununla yanaşı, Baltikyanı ölkələr də vahid Avropa ordusunun yaradılmasında maraqlı tərəf olduqlarını açıqlayıblar. Ümumiyyətlə, belə ordunun yaradılmasını istəyənlərin sayı artır. Finlandiya prezidenti Sauli Niynistyo qeyd edir: "Avropa Birliyinin ordusunun yaradılmasını biz də dəstəkləyirik". O, Avropa Birliyinin sülhün qorunması məqsədilə qurulduğunu bildirib.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ