Ukrayna böhranına həlli çərçivəsində ABŞ Baltik ölkələrinə təxminən 3 min əsgər göndərir.
Baki-xeber.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözçüsü Ceyms Brindle bu əsgərlərin Estoniya, Latviya və Litvadakı manevrlərə qatılacağını qeyd edib. Sözügedən əsgərlərin, bölgədəki NATO birliklərinin gücləndirilməsi məqsədilə əvvəlcədən planlaşdırılmış bir rotasiya daxilində göndərildiyi bildirilir. Ayrıca təxminən 750 tank və digər başqa ağır hərbi texnikaların da bölgəyə çatdığı bildirilir.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə NATO-nun Rusiya sərhədində yaxınlaşmasını sərt tənqid edib. Lavrov bunun təhlükəsizliyin təmin edilməsinə yardım etmədiyi xəbərdarlığını edib.