Son 10 il ərzində Rusiya və digər ölkələrdən Böyük Britaniyaya gizlicə 100 milyard ingilis sterlinqi (138 milyard avro) keçirilib.
Baki-xeber.com xəbər verir ki, İngilis "The Times” qəzeti Deutsche Bankın araşdırmasına əsaslanaraq, bəhs edilən məbləğin böyük hissəsinin çirkli pul yumaq və pulları mühafizə etmək üçün etibarlı yer axtaran ruslara aid olduğunu bildirir.
Deutsche Bank mütəxəssisləri, Rusiya Federasiyası Mərkəzi Bankının, ölkədən çıxan sərmayəyə bağlı məlumatlarını Böyük Britaniyaqf gələn sərmayə ilə müqayisə edib. Pulların böyük qisminin daşınmaz əmlak bazarına yatırıldığı bildirilir.
Rusiyadan başqa Böyük Britaniyaya Yunanıstan, İsrail, Çin və Yaxın Şərq ölkələrindən də pulların gəldiyi qeyd edilir.
Rusiya Federasiyası Mərkəz Bankı 2014-ci ildə Rusiyadan sərmayə çıxışının 150 milyard dollardan çox olduğunu açıqlamışdı. 2013-ci ildə isə bu rəqəm 61 milyard dollar idi. Beləcə Rusiyanın Krımı ilhaqı və Donbasa hücumuna görə tətbiq edilən sanksiyalardan sonra Rusiyadan sərmayə çıxışının 2,5 qat artdığı ifadə edilir.