Polşa xarici işlər naziri Grzegorz Schetyna, AB Komissiyasının başçısı Junckerin Avropadakı böhranların daha təsirli şəkildə həlli üçün "Avropa Birliyi ordusu"nun yaradılması təklifinin risqli fikir olduğunu bildirib.
Baki-xeber.com xəbər verir ki, Grzegorz Schetyna bildirib ki, ilk əvvəl ordu üçün pul haradan alınacaq, bu pulu kim ödəyəcək, hərbi birliklər necə çalışacaq, hazırlıqları kim aparacaq suallarına cavab tapmaq lazımdır.
Schetyna Avropanın təhlükəsizliyi üçün NATO-nun gücləndirilməsinin daha faydalı ola biləcəyi qənaətində olduğunu bildirib.
İsveçin keçmiş xarici işlər naziri Karl Bildt də bu ideyanın əleyhinə olduğunu bildirib: "Jean Claude Junckerin fikrinə hörmətlə yanaşıram, amma AB ordusunu yaratmaq fikri həm reallaşa bilməz, həm məqsədə uyğun deyil. Ortaq əməliyyatlar aparan milli ordular daha çox effektlidir".