Bolqarıstan bu ölkənin bəzi yataqlarından, o cümlədən Yunanıstandakı interkonnektor və Azərbaycandan nəql olunacaq qazın hesabına qaz qovşağı yaratmaq niyyətindədir.
"APA-Economics" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin baş naziri Boyko Borisov Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşündən sonra bildirib.