Bazar günü günü, 29 noyabr 2026
     

İlham Əliyevin Bolqarıstan səfəri mürəkkəb qaz oyunlarında yeni kombinasiyalar açıb

Image


"Eastring" qaz kəməri ideyası gündəmə gəldi

Son günlərin ən mühüm olaylarından biri də geosiyasi müstəvidə enerji sektorunda baş verən dəyişikliklərdir. Bu dəyişikliklər qaz bazarında yeni kəskin rəqabətin başlandığını göstərir. Proseslər bu qənaətə gəlməyə əsas verir ki, yeni qaz rəqabəti Rusiyanın mövqelərinin zəifləməsinə yönəlib və Moskva bütün bunlara olduqca aqressiv şəkildə reaksiya verməyə hazırlaşır.
Məsələ burasındadır ki, Azərbaycanla işbirliyini genişləndirən Avropa ölkələri Rusiya qazından olan asılılıqdan xilas olmaq üçün əməli addımlar atmağa başlayır. Bu fonda Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan "Eastring" qaz kəmərinin çəkilişi ilə bağlı razılığa gəlib". Slovakiya mətbuatının yazdığına görə, qaz kəməri Slovakiya-Ukrayna sərhədindən Bolqarıstan-Türkiyə sərhədinə qədər uzanacaq. Qeyd edək ki, "Eastring" qaz kəmərinin gücü 20 milyarddan 40 milyard kub metrə qədər olacaq. Onun tikintisi 2018-ci ildə başa çatacaq. Kəmərlə perspektivdə Xəzər hövzəsinin qazının axması nəzərdə tutulur. Bütün proseslər isə Prezident İlham Əliyevin Bolqarıstana səfərindən sonra başlanıb. Xatırladaq ki, burada dövlət başçısı ilə ölkənin baş naziri Boyko Borisovun görüşündən sonra gözlənilmədən yenidən "Nabukko" layihəsi gündəmə gətirilib. Ekspertlərə görə, Türkmənistan qazının "Transxəzər" boru kəməri vasitəsilə Bakıya çatdırılması ideyaları gerçəkləşərsə, Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi bazasında böyük "Nabukko" da həyata keçirilə bilər. Rusiyanın "Vedomosti" qəzeti son enerji manevrlərinin "Cənub axını"ndan imtina etdikdən sonra Moskvanın irəli sürdüyü "Türk axını"na qarşı olduğunu yazıb.
Qəzetə açıqlamasında adının çəkilməsini istəməyən Avropa Komissiyasının rəsmisi bildirib: "Avropa Birliyi Azərbaycan və Türkmənistan qazının Avropaya nəqlində maraqlıdır. Birlik bu məsələdə siyasi və hüquqi dəstək verməyə də hazırdır". Rusiya isə bunu daha çox siyasi bəyanat hesab edir. "Vedomosti" yazır ki, bütün hallarda Azərbaycan üçün vacib olan öz qazını Avropa bazarına çıxarmaqdır. Mövcud vəziyyət isə enerji xəritəsində "pat" vəziyyəti yaradır. Kremli razı salmaq üçün Avropa Komissiyası bəyan edib ki, Rusiyanın "Qazprom" şirkəti Azərbaycan qazının Avropaya nəqli üçün çəkiləcək və "Nabukko" üçün mühüm rol oynayacaq "Transadriatik" qaz kəmərindən (TAP) istifadə edə bilər.
Avropa Komissiyasının energetika üzrə komissarlığının müşaviri Brendan Devlin bu xüsusda bəyan edib: "Rusiyanın qaz ixracı inhisarçısı "Türk axını" kəmərini çəksə və Türkiyənin Yunanıstanla sərhədinə qaz nəql etsə, onu daha sonra Avropanın cənubuna ötürmək üçün TAP kəmərindən istifadə edə bilər". Xatırladaq ki, Rusiya "Cənub axını" kəmərini ləğv edib. Əvəzində "Qazprom" elan edib ki, Türkiyənin Yunanıstan sərhədinə qədər eyni gücdə "Türk axını" çəkiləcək. Həmçinin, "Qazprom" taktikanı dəyişib. Şirkət bildirir ki, avropalı alıcılara qazı birbaşa evdə çatdırmayacaq, alıcılar özləri qazı Türkiyə-Yunanıstan sərhədində qəbul etməli olacaqlar. Bu isə "Cənub axını" kəmərindən qaz alacaq ölkələr üçün Yunanıstanın Türkiyə ilə sərhədinə qədər yeni kəmərlər sisteminin çəkilməsi zərurəti deməkdir. İndi Avropa Komissiyası elan edir ki, yeni kəmərlərin çəkilməsinə ehtiyac yoxdur və "Qazprom" "Türk axını"nı TAP kəmərinə birləşdirə bilər. Devlin onu da bildirib ki, TAP kəmərinin həcmi Azərbaycanın "Şahdəniz" qazının nəqli üçün artıqlaması ilə bəs edir. "Şahdəniz" qazının nəqli ilə yanaşı, TAP kəmərindən 50 faiz daha artıq həcmdə qaz nəql etmək mümkündür. Və "Qazprom" bu həcmi doldura bilər. Devlin bildirir: "Burası vacib deyil ki, yükü göndərən kimdir, bunun rus qazı olması bizi narahat etmir. İstər Rusiya qazı olsun, istər Azərbaycan, istər Liviya qazı. Daxili bazar belə işləyir. Bu qaydaları biz Rusiya, yaxud "Qazprom" üçün tətbiq edirik. Və biz onlardan da bu qaydalara əməl etməyi tələb edirik, onlar sərbəstdirlər və Avropa İttifaqının ərazisində də kəmərlərdən eyni əsaslarla istifadə edə bilərlər". "Vedomosti" yazır ki, bütün bunlar "Nabukko"nun bərpasına dair Sofiyada verilən bəyanatlardan sonra gündəmə gəlib. Bildirilir ki, Rusiya bütün bunlara seyrçi qalmayacaq. Rusiyalı ekspert Mixail Delyagin isə Moskvanın ilk növbədə Türkmənistanın Avropaya qaz satmasına maneə yaradacığını bildirib. O, Türkmənistanın TAP və "Nabukko"layihəsinə qoşulma imkanının zəif olduğunu bildirib: "Türkmənistan daha çox Çinə istiqamətlənib. İran və İraq qazından danışsaq, o zaman deyə bilərəm ki, bu kəmərlər kürdlərin yaşadığı ərazilərdən keçəcək. Bu ərazilər isə kifayət qədər gərginliyin olduğu torpaqlardır. Azərbaycana gəlincə, "Şahdəniz" yatağı əladır, amma bu layihənin reallaşdırılması üçün əlavə yataqlara da ehtiyac var. TAP və "Nabukko" isə birləşə bilməz. Çünki söhbət rəqabət aparan layihələrdən gedir. TAP Türkiyə-İtaliya marşrutunu hədəf götürüb, lakin "Nabukko"da əsas istiqamət Mərkəzi Avropadır. Amma bir məsələ də var ki, burada yalnız marşrutun Türkiyədən başlayacaq qərb hissəsi - "Nabukko VEST" hazırlana bilər. Buradan isə "Türk axını" vasitəsilə gələn rus qazı ötürülə bilər".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ