Rusiyada müxalif siyasətçi Boris Nemtsovun keçən həftə paytaxt Moskvada öldürülməsilə əlaqəsi olduğu düşünülən 5 nəfər martın 8-də hakim qarşısına çıxarılıb.
Baki-xeber.com xəbər verir ki, Rusiya İstintaq Komitəsi, sözügedən şəxslərin həbs olunmasını tələb edib. Ancaq məhkəmə 2 şübhəlinin - Qubaşev Anzor və Dadayev Zauru günahkar bilib, digər 3 nəfər - Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev də şübhəli qismində tanınaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Altıncı şübhəli Beslan Şahanovun isə, Çeçenistanın paytaxtı Qroznıdakı evinə gələn polisləri görüncə özünü əl bombası ilə partladaraq intihar etdiyi bildirilir. Şübhəlilərdən 5-nin də Çeçenistan əsilli olduğu açıqlanıb.
RİA Novosi hakimə istinadən bildirir ki, Zaur Dadayev məhkəmədə cinayətini etiraf edib: "Dadayevin təqsirliyi onun etiraf ifadələri ilə təsdiq edilir".
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Boris Nemtsovun qətlində şübhəli bilinərək saxlanılan Zaur Dadayev istintaqa ifadəsində B. Nemtsovu İslam və müsəlmanlar haqqında mənfi fikirlər səsləndirdiyinə görə öldürdüyünü deyib.
"Kommersant” qəzetinə açıqlama verən məhkəmədəki mənbə bildirib ki, digərləri etiraf etməsələr də əldə onların cinayətdə əli olduğunu sübut edən dəlil var.
İnquşetiya polisi, Zaur Dadayevin 10 ildən bəri Çeçenistanda Daxili İşlər Nazirliyinə bağlı bir təhlükəsizlik qüvvələrində çalışdığını bildirir. Gubaşevin isə Moskvada xüsusi təhlükəsizlik şirkətində işlədiyi qeyd edilir.
Rusiyaya bağlı Çeçenistanın lideri Ramzan Kadırov, Nemtsovun öldürülməsində əlaqəsini etiraf edən və həbs olunmasına qərar verilən Zaur Dadayevi, "gerçək bir Rusiya vətənsevəri” kimi tanıdığını bildirib. "Mənim bildiyim Dadayev, illərcə uğruna həyatını risqə atdığı Rusiyaya zərər verə biləcək bir addım atmazdı" - deyən Kadırov həmçinin, Dadayevin dindar müsəlman olduğunu və Fransız "Charlie Hebdo” jurnalı tərəfindən peyğəmbər karikaturalarının yayımlanmasından narahat olduğunu bildirib.
Kadırov Dadayevi keçmiş vəzifəsindən ayrılmadan əvvəlki davranışlarının və psixoloji vəziyyətinin araşdırılması üçün Çeçenistan Təhlükəsizlik Şurasına təlimat verdiyini açıqlayıb.
Zaur Dadayev adlı bir əsgər bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin tərəfindən müvəffəqiyyət medalı ilə təltif edilmişdi. Rusiya KİV-i sui-qəsdlə əlaqədar həbs olunan şəxsin, bu adam olub-olmadığının hələlik bilinmədiyini yazır. Başqa bir məlumata görə, Dadayev 2010-ci ildə dövrün Rusiya prezidenti Dmitriy Medvedyevin imzası ilə qəhrəmanlıq nişanına layiq görülüb. "Exo Moskvı" radiosunun xəbərinə görə Dadayevə nişanı həmin il Rusiya daxili işlər naziri Raşid Nurqaliyevlə çeçen lider Ramzan Kadırov təqdim edib.
Çeçenistan lideri də Dadayevin təltif edildiyini təsdiqləyir. O, Dadayevin keçmiş polis işçisi olduğunu, bir sıra terrorla mübarizə əməliyyatında iştirak etdiyini və "Səsarət medalı”na layiq görüldüynü deyib.
O da bildirilir ki, Zaur Dadayev çeçen lider Ramzan Kadırovun komandosu olub. Məlumata görə, Dadayev 2006-2011-ci illərdə Kadırovun qurduğu "Sever" (Şimali) çevik qüvvətlərində komandos kimi çalışıb
Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində 4 güllə ilə qətlə yetirilib.