Avropa İttifaqı Şurasının sədri deyib ki, Avropa Rusiyaya qarşı sanksiyaların sətləşdirilməsinə hələ ki, hazır deyil. Bu barədə ABŞ-da səfərdə olan Donald Tusk New York Times qəzetinə müsahibəsində bildirib.
Bəzi avropalı siyasətçilər belə hesab edir ki, Ukrayna böhranı sanksiyalarsız da çözülə bilər, Avropa İttifaqı Şurasının sədri deyib. Lakin Donald Tusk şəxsən buna inanmadığını vurğulayıb: "Mən bu məsələdə daha bədbinəm”.
Avropa İttifaqı Şurasının rəhbəri Ukrayna böhranını Avropa və ABŞ üçün hədələrdən biri kimi dəyərləndirərək əsas təhlükənin getdikcə güclənən "İslam Dövləti"ndən irəli gəldiyini bildirib.