Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avropa İttifaqı tərəfindən vahid Avropa odrusunun yaradılması təklifini irəli sürüb. Elə bir ordu ki, birlik üzvləri və birliklə qonşu ölkələrə yaranan təhlükələrə çevik reaksiya verə bilsin.
Avropa Komissiyası sədrinin fikrincə, həmin ordudan, əgər bu ideya gerçəkləşərsə, o cümlədən, Rusiyanın yaratdığı təhlükələrin də öhdəsindən gəlmək üçün istifadə oluna bilər.
Baki-xeber.com xəbər verir ki, Yunker Ukrayna böhranının Avropa ordusuna ehtiyac olduğunu göstərdiyini deyir: "Avropa öz ordusu ilə AB-yə üzv və ya qonşu bir ölkəyə qarşı təhdidlərə dərhal reaksiya verə bilər. Hərbi addımlar hər zaman səhv addımlardır. Bu diplomatiya və siyasətin müvəffəqiyyətsizliyinin etirafıdır. Bir Avropa ölkəsi ordusunu dərhal istifadə edə bilməzsiniz. Lakin Avropanın ortaq ordusu Avropa dəyərlərinin müdafiəsində Rusiyaya açıq təsir edə bilər".
Yunkerin fikrincə Aİ-nin vahid ordusu vahid ümumi xarici siyasətin qurulmasında və Avropa təhlükəsizlik siaysətini bütün dünyada həyata keçirməyə imkan verəcək.
Avropa Komissiyası sədri hesab edir ki, Avropa Ittifaqı bu addımla öz dəyərlərinin müdafiəsində möhkəm dayandığını Rusiyaya anlada bilərdi: "Kreml anlayardı ki, biz Avropa Birliyinin maraqlarını qorumaq məsələsinə ciddi yanaşırıq".
Yunkerlə Bundestaqın Xarici İşlər üzrə komitəsinin sədri Norbert Röttgen də razıdır: "Vahid Avropa ordusunun yaradılması barədə düşünmək vaxtı çatıb".
Avropa ölkələri birlikdə müdafiəyə Rusiyadan daha çox pul xərcləyir, lakin bir neçə kiçik ordunun saxlanmasına pullar səmərəsiz xərclənir. Bu fikri Almaniyanın müdafdiə naziri Ursula von der Leyen də dəstəkləyib.