Rusiyada müxalif siyasətçi Boris Nemtsovun keçən həftə paytaxt Moskvada öldürülməsilə əlaqəsi olduğu düşünülən 5 nəfər hakim qarşısına çıxarılıb.
Baki-xeber.com xəbər verir ki, Rusiya İstintaq Komitəsi, sözügedən şəxslərin həbs olunmasını tələb edib. Ancaq məhkəmə 2 şübhəlinin - Gubaşev Anzor və Dadayev Zauru günahkar bilib, digər 3 nəfər də şübhəli qismində tanınaraq barələrində həbs qərarı çıxarılıb.
RİA Novosi hakimə istinadən bildirir ki, Zaur Dadayev məhkəmədə cinayətini etiraf edib: "Dadayevin təqsirliyi onun etiraf ifadələri ilə təsdiq edilir".
Dadayevin Çeçenistan Respublikasında "Sever" (Şimali) adlı hərbi birlikdə xidmət etdiyi, Gubaşevin isə Moskva yaxınlığında bir hipermarketdə çalışdığı bildirilir.
Məhkəmə sözçüsü Anna Fadeyeva, digər 3 şübhəlinin soyadlarını da açıqlayıb - Bahayev, Ekserhanov və Gubaşev.