Qroznı şəhərində polis tərəfindən həbsə alınma əməliyyatı keçirilərkən naməlum şəxs özünü əl qumbarası ilə partladıb. Hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinad edən İnterfax agentliyi bu hadisənin Rusiya müxalifəti lideri Boris Nemtsovun qətlinin araşdırılması ilə bağlı ola bildiyini qeyd edir.
Hüquq-mühafizə orqanları tərəfindən adı açıqlanmayan şəxs Qroznı şərəhərində çoxmərtəbəli binanın mənzilərindən birində polis qüvvələri tərəfindən mühasirəyə alınıbmış.
Məlumatlara əsasən, polis bir neçə saat ərzində onunla danışıqlar aparıb, lakin o, təslim olmaqdan imtina edib.
Xəbər verildiyinə görə, həmin şəxs ya bilərəkdən özünü partladıb, və ya qumbaranı polisə atarkən səhvə yol verib, nəticədə partlayışdan özü ölub.
Bу арада Nemtsovun qətli ilə bağlı daha iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Trend İnquşetiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən Albert Baraxoyevin sözlərinə istinadяn məlumat verir ki, Anzor Qubaşev və Zaur Dadayevdən başqa iki nəfər də şübhəli şəxs qismidə saxlanılıb.
Baraxoyevin dediyinə görə, saxlanılan şəxslərdən biri böyük ehtimalla Nemtsovun qətli zamanı Dadayev ilə birlikdə maşında idi. Baraxoyev həmçinin Anzor Qubaşevin kiçik qardaşının saxlanılması faktını təsdiq edib. Verilən məlumata görə, Qubaşevin qardaşı son zamanlar KamAZ sürücüsü işləyirdi. Saxlanılanların adları açıqlanmayıb.
Xatırladaq ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.