Rusiya prezidenti Vladimir Putinin dostları kimi tanınan iş adamlarının sahibi olduğu iki rus bankının ABŞ-da olan 637 milyon dollarlıq aktivləri Amerika hökuməti tərəfindən dondurulub.
Baki-xeber.com xəbər verir ki, Wall Street Journal (WSJ) qəzeti ABŞ Maliyyə Nazirliyindəki qaynaqlara istinadən yazır ki, Putinin Sankt Peterburqda çalışdığı illərdən bəri ən yaxın dostları arasında olan Yuri Lovalçukun nəzarətindəki "Rossiya" Bank ilə Rotenberq qardaşlarına aid "SMP-Bank"ın aktivləri hədəf alınıb.
Bu iki bankın, ABŞ-da "qara siyahıya" salınan ilk Rusiya şirkətləri arasında olduğu, Ukrayna böhranının ardınca sanksiya qərarı veriləndə Putinə yaxınlıqları ilə tanınan iş adamları Yuri Kovalçuk, Gennadi Timçenko və Arkadi-Boris Rotenberq qardaşlarının da siyahıya daxil edildikləri bildirilir.