Bazar günü günü, 29 noyabr 2026
     

İraqdakı İŞİD əməliyyatlarında İran əsas gücə çevrilir

Image


İraqlı və şiə hərbçilərin Tikrit şəhərini İslam Dövlətindən (İD) geri almağa çalışdığı bir vaxtda, İranın əməliyyatdakı həlledici rolu daha aydın görünməyə başlayıb. Müşahidəçilər qeyd edirlər ki, bu əməliyyatlarda İranın aparıcı rol oynadığı getdikcə daha çox nəzərə çarpır.

İran İslam Respublikasının özü İD-ə qarşı əməliyyatlarda rolunun əhəmiyyətini azaltmağa çalışaraq İraqda yalnız şiə yaraqlıların təlimi və müqəddəs şiıə ocaqlarının müdafiəsi ilə məşğul olduğunda israr edir. Lakin "Sünni üçbucağı” kimi tanınan və keçmiş İraq prezidenti Səddam Hüseynin vətəni olan Tikrit şəhəri üzərinə hücum əməliyyatları İranın getdikcə artan rolunu nümayiş etdirir.

BBC yazır ki, İraqdakı şiə hərbi mənbələri təsdiq edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Qüds Qüvvələrinin komandiri general Qasım Süleymani şəxsən əməliyyata rəhbərlik edir.

Bağdaddan 150 km şimalda yerləşən Tikrit səkkiz aydan çoxdur ki, İD tərəfindən işğal edilib. Şəhərin geri qaytarılması üçün hücum əmri İraq baş naziri Haider al-Abadi tərəfindən bazar günü verilib. Xalq Səfərbərliyi bölmələri adlanan şiə qoşunları, İraq ordusu və təhlükəsizlik qüvvələri ilə birgə müxtəlif istiqamətlərdən Tikritə daxil olmağa çalışır. Cəbhədən BBC Farscaya verilən məlumata görə, hələ əməliyyata rəsmi olaraq start verilmədən öncə bir neçə İİKK zabiti prosesə cəlb olunub.

İran rəhbərliyi hələ rəsmi münasibət bildirməsə də, İranın İnqilab Keşikçilərinə yaxın hesab olunan Fars xəbər agentliyi general Süleymaninin əməliyyatdakı iştirakına geniş yer ayırır. Mətbuat orqanı hətta generalın İraq komandirləri və rəsmiləri ilə birgə şəklini də dərc edib.

Xalq Səfərbərliyi bölmələri daxilindəki qruplardan biri də Xorasani Briqadalarıdır. Deyilənə görə, onlar İranın ali rəhbəri Ayətullah Əli Xamneyinin komandanlığı altındadır. Briqada komandiri BBC Farscaya bildirib ki, general Süleymaninin başçılıq etdiyi İran qüvvələri hələ əməliyyat başlamazdan xeyli öncə İraqın şiə döyüşçülərinə təlimlər keçir və onları mənəvə cəhətdən hazırlayır.

Baxmayaraq ki, ABŞ və müttəfiqləri keçən il İD-ə qarşı koalisiya formalaşdırarkən İran kənarda qalıb, onun İraqdakı İD silahlılalrına qarşı döyüşlərdəki birbaşa iştirakı hələ koalisiya formalaşandan xeyli əvvəl məlum idi.

Keçən ilin yayından İraqda bir neçə şiə hərbi qruplaşmaları ortaya çıxaraq, açıq şəkildə İrana sədaqətli olduqlarını bildirib və Ayətullah Əli Xamneyinin ümməti olduqlarını bəyan ediblər.

İran rəsmiləri isə həmişə dövlətlərinin İD-ə qarşı vuruşda şiə və kürd döyüşçülərinə dəstək verdiyini qeyd edib, lakin 2014-cü ilin avqustundakı döyüşlər zamanı İranın birbaşa hərbi iştirakı aydın olub. Həmin vaxtdan bəri İran qoşunları Əmirli şəhərini birgə əməliyyat vasitəsilə geri qaytarmaq üçün kürd və şiə qüvvələrinə aktiv dəstək verir.

Əmirli döyüşü ərəfəsində BBC Farsca, İrandan döyüşçülərə göndərilmiş silah-sursatın şahidi olub.

İD-ə qarşı döyüşlər başlayandan bəri general Süleymani İranın İraqdakı tanınan üzü olub.

Tikritin azad olunması uğrunda əməliyyatın uğurla nəticələnəcəyi halda isə bu, İranın və onun bölgədəki adamının qələbəsi olacaq və titulları sırasına köhnə düşməni, keçmiş İraq lideri Səddam Hüseynin doğulduğu şəhərin fəthini də əlavə edəcək.

«Azadlıq» radiosunun məlumatına görə, ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Lloyd Austin bildirib ki, Tikrit üzərinə hücum İranın çoxdan bəri gördüyü işin "məntiqi davamıdır”.

ABŞ Qərargah Rəisləri Komitəsinin rəhbəri general Martin Dempsey də təsdiq edib ki, İran İD-ə qarşı əməliyyatlarda "artilleriya və başqa hücum dəstəyi” verir. Lakin generalın bəyanatında ən təəccüb doğuran onun Tikritə hücum edən 30 minlik əsgəri qüvvənin üçdə birinin "İranda mənzillənmiş yararqlılardan ibarət olması barədə” dedikləridir.

General bildirib ki, bu birləşmədə İraq hökumət qoşunlarının da payı təxminən 35 faizdir.

İndiyədək İranın İraq ərazisində şiə yaraqlıları təlimləndirdiyi və silahlandırdığı bəlli idi.

Royal United Services Institute (RUSI) araşdırmalar mərkəzindən Yaxın Şərq üzrə təhlilçi Michael Stephens deyib ki, İran tərəfindən dəstəklənən şiə silahlıları İraqdakı döyüşlərin ön və mərkəzi mövqelərindədirlər. O vurğulayır ki, İraq hökumətini dəstəkləyən qüvvələrin üçdə birinin İrana bağlı olması Tehranın İraq münaqişəsindəki aparıcı rolundan xəbər verir.

Bununla belə, "İranda mənzillənmiş yaraqlılar”ın həqiqətən də İranda olduqlarını göstərən heç bir əlamət yoxdur.

Michael Stephens əmindir ki, iranlılar nəinki İraqdakı hücum əməliyyatlarını əlaqələndirir, hətta bu döyüşlərdə birbaşa iştirak edirlər. O deyir ki, seçmə Qüds qüvvələrindən bir neçə yüz döyüşçünün İraq qoşunlarının sıralarında vuruşduğu şübhə doğurmur. Təhlilçinin fikrincə, İran İraq hökumətinə silah və canlı qüvvə sarıdan ciddi dəstək verir.


İranın dəstəklədiyi şiə silahlılar

Xəbər verilir ki, Tikritin geri alınması əməliyyatında İran tərəfindən birbaşa dəstəklənən bir neçə qruplaşma iştirak edir.

Yaxşı silahlanmış və maliyyələşdirilmiş Kətaib Hizbullah Suriyanın döyüş meydanlarında da olub və təhlilçilər onun İrana bağlı qüvvələrin ən qüdrətlisi olduğuna inanırlar.

Əsaib Əhl əl-Həqq də İrana bağlı ən çoxsaylı və güclü qruplaşmalardan biridir. Bu qruplaşma İraqın şiə lideri Muqtada al-Sadrə bağlı hərəkatdan ayrılıb. İran bu qruplaşmanın təlimləndirilməsində geniş iştirak edir.

İrandan dəstək görən üçüncü böyük şiə təşkilatı Bədr təşkilatıdır. Bu partiya 1980-ci illərdə baş vermiş İraq-İran müharibəsində İranın tərəfində olub və İraq parlamentində mandatlara malikdir. Bu təşkilatın hərbi qanadı olan Bədr Briqadası məhz İranın İnqilab Keşikçiləri Korpusu tərəfindən silahlandırılıb.

Bu üç təşkilat başqa qruplaşmalarla birlikdə Xalq Səfərbərliyi hərəkatına daxildir.

İrana bağlı hərbi qruplaşmaların İraq hökumət qoşunlarının uğurlu əməliyyatlarında həlledici rola malik olduqları söylənir.

Bu da bildirilir ki, rəsmi olaraq İraq hökumət qoşunlarına aid edilsələr də, bu təşkilatlar müstəqil maliyyələşməyə və fərqli ideoloji məqsədlərə sahibdirlər.

Londonda mənzillənmiş İraq təhlilçisi Sajad Jiyad deyir ki, Kətaib Hizbullah və Əsaib Əhl əl-Həqq təşkilatları açıq şəkildə İranın dini rəhbərinə tabe olduqlarını bildiriblər.

Belə ehtiyatlanmalar var ki, əhalisi sünnilərdən ibarət olan Tikritin üzərinə şiə birləşmələrinin hücumu bu şəhər hökumət qoşunları tərəfindən geri alındıqdan sonra məzhəblərarası zorakılıqlara səbəb ola bilər. Artıq indinin özündə bəzi şiə liderlər Tikrit əhalisini ötən ilin iyununda şiə döyüşçülərə divan tutulmasında iştirak etməkdə ittiham edirlər. Şiə liderlərdən Hadi al-Amiri açıq şəkildə bildirib ki, Tikrit əməliyyatı qisas üçün münasib imkan olacaq.

ABŞ generalı Dempsey isə bildirib ki, İranın bu hücum əməliyyatına müdaxilə etməsi müsbət haldır. Onun fikrincə, İran gözlənilən məzhəb toqquşmalarının qarşısını ala bilər.

Bununla belə, bir sıra təhlilçilərin firkincə İranın İraq münaqişəsinə qatılması ona məzhəbi rəng verir. Lakin onlar bununla da razılaşırlar ki, İD-in özü də siyasətini məzhəb müstəvisindən yürüdür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 22:47
Kiyevin növbəti hərbi planı üzə çıxdı - Zelenski Krım körpüsünün tamamilə dağıdılmasını əmr etdi...

28.11.2026 / 22:23
Albaniyada baş nazir Ramaya qarşı üsyan... Yandırıcı butulkalar və rezin güllələr... Etirazlar nəzarətdən çıxdı...

28.11.2026 / 21:50
Batumidə gərginlik yenidən alovlandı – israilli və türkiyəli azarkeşlər aeroportda əlbəyaxa oldu...

28.11.2026 / 18:35
Putinə tərif, Zelenskiyə sərt tənqid – Trampın kürəkəni Kiyev və Avropanı ayağa qaldırdı...

28.11.2026 / 18:14
ABŞ-da nə baş verir? Ağ Evdə gizli təhlükəsizlik planı işə düşdü - Rubio, Bessent və digər nazirlər evlərini tərk edib hərbi bazalara sığındı...

28.11.2026 / 17:57
Rusiyada azərbaycanlı iş adamının əmlak imperiyası təhlükədə... “Alekseyevski” bazarı və 20 tikili Xəlilovun əlindən alına bilər...

28.11.2026 / 16:27
MRT və KT müayinələri pulsuz deyil? Vətəndaşlar nə qədər ödəməlidir? - Agentlikdən açıqlama...

28.11.2026 / 16:10
İrandan ABŞ-a qarşı gizli əməliyyat iddiası – ABŞ aviadaşıyıcısı vuruldu, əsgərlər yuxuda yaxalandı, iki tanker geri alındı...

28.11.2026 / 15:57
Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı

28.11.2026 / 15:19
Ukrayna kəşfiyyatından SENSASİYALI İDDİA – Şimali Koreya Rusiyaya silah yardımını dayandırdı…

28.11.2026 / 15:02
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır?..

28.11.2026 / 14:50
Dəvət olunmadığı toya gəlib qonaqların telefonlarını apardı – Bakıda 3300 manatlıq oğurluq…

28.11.2026 / 14:28
Sumqayıtda məktəbdə sıxlıq narazılıq yaratdı – bir sinifdə 52 uşaq... Valideynlər ayağa qalxdı...

28.11.2026 / 14:12
Yasamalda öz evini soyan şəxsin başqa oğurluqları da açıldı...

28.11.2026 / 13:10
Hörmüz boğazı ətrafında gərginlik artır - ABŞ İranın dəniz blokadasını yarmaq istəyən gəmini vurdu...

28.11.2026 / 12:45
Moskvada saxlanıldı, Rusiya ordusuna göndərildi – Azərbaycanlı Ukraynada əsir düşdü...

28.11.2026 / 12:34
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

28.11.2026 / 12:04
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edildi

28.11.2026 / 11:48
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd edən əcnəbilər sərhəddə yaxalandı

28.11.2026 / 11:33
Prezident: "Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk"

28.11.2026 / 11:24
"Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" - Prezident

28.11.2026 / 11:23
Prezident İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb

28.11.2026 / 11:20
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ