Tacikistan müxalifət liderlərindən olan Umarəli Kuvvatov İstanbulda qətlə yetirilib. Onun qətlindən sonra isə arvadı ilə uşaqları zəhərlənmə əlamətlərilə İstanbul xəstəxanalarının birinə çatdırılıblar. Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Tacikistan fəalları bildirir.
Mərhumun qohumlarına əsasən Kumriniso Caborova ailəsilə birlikdə reanimasiya şöbəsindədir. "Ötən günü axşam siyasətçi və onun iki həddi büluğa çatmamış uşağı qonaq çağırılmışdı. Yemək yedikdən sonra özünü pis edən Kuvvatov bayıra çıxıb və demək olar ki, yaxın məsafədən güllələnib”, - BBC-ə Tacikistan müxalifətinin üzvləri deyiblər.
Onların sözlərinə görə qətlin baş verdiyini bildirdikdən sonra Kuvvatovun iki uşağı və arvadı hüşunu itirib: "Xəstəxanada bizə onların və qətldən əvvəl Kuvvatovun özünün zəhərləndirildiyini deyiblər”.
"24 Qrupu” hərəkatının lideri Umarəli Kuvvatov hakimiyyətin qatı tənqidçisi idi.
Tacikistanın Ali Məhkəməsi ötən il hərəkatı ekstremist təşkilatlarına aid edərək onun fəaliyyətini ölkə ərazisində qanundan kənar elan edib.
Kuvvatovun iqtisadi cinayətlərdə ittiham olunduğunu bildirən Duşənbə, müxalifətçinin esktradisiyasını tələb edirdi.
İki il əvvəl Umarəli Kuvvatov ölkəni tərk etdikdən sonra Tacikistanın müraciəti əsasında Birləşmiş Ərəb Əmirliklərində saxlanılsa da, bir müdətdən sonra sərbəst buraxılmışdı.
BBC-ə müsahibəsində müxalifət lideri xüsusi xidmətlər tərəfindən çoxsaylı təhdidlər aldığını bildirib.
Düşənbə onun qətlə yetirilməsini şərh etməyib.