Avropa Komissiyası Rusiyaya "Türk axını" qaz kəmərini tikdiyi halda, Yunanıstana təbii qaz nəql etmək üçün Trans-Adriatik qaz kəmərindən (TAP) istifadə edə biləcəyini təsdiqləyib.
"APA-Economics”in məlumatına görə, bunu Avropa Komissiyasının energetika məsələləri üzrə müşaviri Brendan Devlin bildirib.
Avropalı diplomat qeyd edib ki, çətin ki, Cənub Qaz Dəhlizindən başqa Cənub-Şərqi Avropada qaz kəməri peyda olacaq, çünki "bu regionun bazarları çox kiçikdir".