Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan Şərqi Avropanın da taleyində təsirli ölkəyə çevrilir

Image


Azərbaycan qazının Macarıstana nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı yeni səviyyəyə qaldırıb: “Bu inkişaf Macarıstanın enerji təhlükəsizliyinə müsbət töhfə kimi qiymətləndirilir. Bundan əlavə, Macarıstan şirkətləri Qarabağ bölgəsində müharibədən sonra Soltanlı qəsəbəsinin yenidən qurulmasında iştirak edəcək. Yenidənqurma işlərini Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş Macarıstan firmalarından ibarət konsorsium həyata keçirəcək. Bu dərinləşən tərəfdaşlıq həm də Azərbaycanın Avropanın qaz təchizatı dinamikasında dəyişən əhəmiyyətini vurğulayır”.

Nazir əlavə edib ki, Macarıstan uzun müddətdir Azərbaycanla əməkdaşlığı inkişaf etdirir: “Bu, ikitərəfli strateji əməkdaşlığımızda mühüm addım deməkdir. Macarıstan və Azərbaycan Macarıstanda 50 milyon kubmetr qazın saxlanmasını nəzərdə tutan qaz tədarükü sazişinin təşəbbüskarı olub və qaz axını artıq başlayıb”. Xatırladaq ki, Macarıstan Avropa İttifaqının (Aİ) üzvüdür və bu ölkə ilə əməkdaşlığın genişlənməsi təşkilata daxil olan dövlətlərlə Azərbaycanın əlaqələriningüclənməsinə müsbət təsir göstərir. Enerji sahəsində Macarıstanla dərinləşən əməkdaşlıq isə Azərbaycana əlavə üstünlükklər qazandırır. Burada qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac edəcəyimiz qazın həcminin artırılması ilə bağlı Azərbaycanla Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sazişə uyğun olaraq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru istifadəyə verilib. Macarıstan bu xətdən istifadə edib Azərbaycandan əlavə qaz alacaq. Onu da bildirək ki, prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı baş nazir Viktor Orbanla görüşündə Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Bundan əlavə, Macarıstanla əməkdaşlıq ancaq təbii qazın ixracı ilə kifayətlənmir. Həm də Azərbaycanda istehsal olunacaq “yaşıl enerji”nin Macarıstana ixracı ilə bağlı razılıq əldə olunub. Belə ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə Qara dənizin dibi ilə yüksəkgərginlikli elektrik kabel xətləri çəkilərək yaşıl enerjimiz Avropaya idxal olunacaq. Bu layihənin həyata keçirilməsi region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarının genişləndirilməsində, həmçinin Avropanın enerji təhlükəsizliyinin, xüsusən də böyük külək enerjisi hesabına şaxələndirilməsində mühüm rol oynayacaq. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika da hər iki tərəfi qane edir. Hələ prezident İlham Əliyevin bu ilin yanvar ayında Macarıstana rəsmi səfəri zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb. Onların sırasında Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin xüsusi önəm kəsb edir. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə ediblər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanıb. Qeyd edək ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Həmçinin “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun və digər sənədlərin imzalanması da dostluq əlaqələrini təsdiqləyir.

Ümumiyyətlə, bu gün Macarıstanın Qafqaz regionu üzrə siyasətində Azərbaycan, ölkəmizin isə Şərqi Avropa dövlətləri ilə münasibətlərində Macarıstan xüsusi yer tutur. Bunlar fonunda  Macarıstanın “Baon” portalı yazır: “Macarıstan ilə Azərbaycan arasında strateji əməkdaşlıq uzun müddətdir ki, mövcuddur. İqtisadi-ticari əlaqələr son vaxtlar sürətlə inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Macarıstan regionda ən böyük təbii qaz anbarına malikdir. Bu müstəvidə iki ölkə arasında qazın nəqlinə dair əməkdaşlıq qurulub. Bu, qarşıdakı dövrdə qazın Macarıstana təhlükəsiz şəkildə nəql olunmasına böyük töhfə verəcək. Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilən Azərbaycan ilə Macarıstan arasında bu sahədə əməkdaşlığın qurulmasına 2010-cu illərin əvvəllərində başlanıb. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyir: “Biz 2010-2011-ci illərdə Azərbaycanla gələcək enerji əməkdaşlığı ümidi ilə əlaqələr qurmağa başlayanda Avropada - Avropa İttifaqında nəinki gülüşlə qarşılandıq, hətta bu əlaqəyə görə bizi tənqid edirdilər. Bu gün bütün Avropa İttifaqının rəhbərliyi müntəzəm olaraq Bakıya səfər edir və bir çox hallarda istənilən Avropa İttifaqı ölkəsi lideri Azərbaycan prezidenti ilə şəkil çəkdirmək üçün çox şey verərdi”. Hazırda iki ölkə qarşılıqlı əlaqələri genişləndirməyə çalışır. Belə ki, 2021-ci ildə Azərbaycan və Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon dollar təşkil etmişdirsə, 2022-ci ildə 47,4 milyon dollara bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir. Amma Azərbaycanın enerji satıına başlamasından sonra bu göstərici ən azı bir neçə yüz milyon dollar təşkil edəcək.  Qeyd edək ki, Azərbaycanın sürətli iqtisadi yüksəlişi Macarıstan və ayrı-ayrı Balkan ölkələri üçün Azərbaycan qazının və neftinin Balkanlara nəqli imkanlarını nəzərdən keçirmək üçün infrastruktur bazası yaradıb. Daha dəqiq desək, aprelin 25-də Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya regionun enerji infrastrukturundan istifadə etməklə Azərbaycan təbii qazının “Həmrəylik halqası” vasitəsilə Mərkəzi Avropaya nəqlinə dair anlaşma memorandumu imzalayıb. Təbii ki, Macarıstan üçün qaz təchizatının təhlükəsizliyi həmişə mühüm məsələ olub və ötən ilin sonunda bu tədarükün təhlükəsizliyi Azərbaycandan Avropaya qaz nəql edən Cənub Qaz Dəhlizinin başa çatdırılması ilə daha da gücləndirildi. Bu, yeni qaz nəqli mənbəyi və marşrutu açacaq və bu ilin sonundan Macarıstan bu Cənub Qaz Dəhlizinə fiziki olaraq qoşulacaq, çünki o vaxta qədər Yunanıstan və Bolqarıstan qaz kəmərləri sistemlərini birləşdirən interkonnektor və Macarıstan-Serbiya sərhədini Macarıstan boru kəməri sistemi ilə birləşdirəcək boru kəməri tikiləcək.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb - FOTO

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi...

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ