"ABŞ-a səfər proqramım 5 ay olsa da, bu müddət ərzində Bakıya qısamüddətli səfərlərim də gözlənilir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.
Hazırda Vaşinqtonda olan hərəkat sədri ABŞ-a Dövlət Departamenti tərəfindən dəstəklənən və Demokratiya Naminə Fond tərəfindən himayə olunan proqram çərçivəsində getdiyini bildirib: "Proqram Azərbaycan kimi ölkələrdə demokratiyanın inkişafına, insan haqlarının və azadlıqlarının qorunmasına təşviq məqsədi güdür. Onun müddəti bitdikdən sonra mən yenidən vətənə dönüb fəaliyyətimi davam etdirəcəyəm”.