Krımda Ukrayna prezidenti Petro Poroşenkoya aid müəssisəyə dövlət tərəfindən əl qoyulub.
Baki-xeber.com Rusiya agentliklərinə istinadən xəbər verir ki, Krıma bağlı Sevastopolda, aralarında Poroşenkoya aid Sevastopol Limanı da olan 13 müəssisə milliləşdirilib.
Sevastopol rəhbərliyi bu müəssisələrin bölgə iqtisadiyyatı üçün strateji əhəmiyyətə sahib olduğunun bildirib.
"Forbes"in məlumatlarına görə, Ukrayna prezidenti Petro Poroşenko 1,3 milyard dollarlıq sərvətilə Ukraynanın ən zəngin altıncı oliqarxıdır.