İsrailin baş naziri Benyamin Netanyahu İranla mümkün nüvə razılaşmasına mane olmaq üçün ABŞ-a gəlib. Netanyahu iddia edir ki, razılaşma Tehranı nüvə bombası yaratmaqdan saxlaya bilməz.
Çərşənbə axşamı günü o Konqres qarşısında çıxış etməlidir. Bu planlar Obama administrasiyasının narazılığına səbəb olub, belə ki, onlar Ağ evlə əvvəlcədən razılaşdırılmayıb.
Martın 17-də İsraildə parlament seçkiləri keçiriləcək. Ölkədə keçirilən ilkin sorğular Netanyahunun "Likud" partiyasına sərt rəqabət vəd edir.