Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmamasının bir çox səbəbləri var. Baki-xeber.com xəbər verir ki, bunu Krım tatarlarının lideri, Ukrayna prezidentinin Krım Tatarları üzrə səlahiyyətlisi, millət vəkili Mustafa Abdülcəmil Kırımoğlu deyib.
Onun sözlərinə görə bunlardan biri Rusiya tərəfindən Türkiyənin davamlı olaraq PKK terror təşkilatını dəstəkləməklə bağı şantaj etməsidir.
Ukraynanın müsəlman ölkələrindən yetərli dəstək almamasına toxunan Kırımoğlu bildirir ki, Türkiyə Krımın ilhaqını heç vaxt tanımayacaq. Kırımoğlu, eyni zamanda bir çox səbəblərə görə, Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmadığını deyir: "Burada vəziyyət çox aydındır, onlar qazın 58 faizini Rusiyadan alır, iki ölkə arasında ticarət həcmi 40 milyarddan çoxdur, son zamanlar Türkiyə iqtisadiyyatına Rusiya tərəfindən çox cazibədar investisiyalar cəlb edilir. Bundan başqa Ankara Rusiya tərəfindən kürd separatçılarının PKK təşkilatını və başqa solçu qrupları dəstəkləməklə şantaj edilir. Bütün bunlar Türkiyənin yanaşmasını dəyişir".